Koronavirusa yoluxanlarda psixi pozğunluqlar yaranır - Yeni arşadırmanın nəticələri qorxutdu

Koronavirusa yoluxanlarda psixi pozğunluqlar yaranır - Yeni arşadırmanın nəticələri qorxutdu
COVID-19-la bağlı daha bir araşdırmanın nəticələri bəlli olub.
 
Sfera.az bildirir ki, İstanbul Tibb Fakültəsi koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin psixiatrik konsultasiyalarını qiymətləndirib. Nəticədə virusa yoluxanların daha çox uyğunlaşmaq pozunluğu və deliriyadan (huşun müvəqqəti olaraq zəifləməsi, düşüncə qabiliyyəti, problem həll etmə, diqqətin yönəldilməsi, beyininin koordinasiya bacarıqlarının zəifləməsi ilə xarakterizə olunan psixi pozğunluq halı) əziyyət çəkdiyi ortaya çıxıb.

Tədqiqatda 61,5%-i kişi olmaqla, orta yaşları 65 ilə 82 arasında olan 52 xəstənin stasionar müalicə zamanı yaşadıqları problemlər analiz edilib. Araşdırma çərçivəsində stasionar müalicə zamanı ruhi narahatlıq keçirən koronavirus xəstələrinin 34,6%-də qəribə davranış və həyəcan; 26,9%-də yuxu, 17,3%-də "anksiyete” pozğunluğu; 15,4%-də şüur pozğunluğu və depressiyaya meyillilik; 11,5%-də narahatlıq müşahidə olunub. 9,6 faiz şəxsdə  isə  müalicədən imtina və obsessiya şikayətləri olduğu təsbit edilib.

Koronavirusun müalicəsi zamanı ruhi narahatlıq keçirən xəstələrin 36,5 faizinə daha əvvəl də psixiatrik pozğunluq diaqnozu qoyulduğu müəyyən olunub. Tədqiqatda, həmçinin  koronavirus infeksiyasından sonra psixi problemləri olan 22 xəstəyə aşağı dozada antipsikotik, 6 nəfərə benzodiazepin, 5 nəfərə antidepresan və anksiyolitik dərmanlar verilib. Evə buraxılan xəstələrin 23 faizinə isə psixiatrik müalicə tövsiyə olunub.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR