Koronavirusa qarşı tək doza ilə ən təsirli vaksinin adı bəlli oldu
10:58 / 14.10.2021
947
Koronavirusa
qarşı ən təsirli peyvəndlərin adı məlum olub.
Sfera.az
xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutu (NIH) tərəfindən maliyyələşdirilən
araşdırmaya əsasən, hansı peyvəndin bir doza olaraq tətbiq edildiyi zaman daha
təsirli olduğu müəyyən edilib.
Beləliklə,
bədəndə antikor səviyyəsi "Conson &
Conson” (J&J) peyvəndindən sonra 4 dəfə, "Pfizer” vaksinindən sonra 35 dəfə, "Moderna” peyvəndindən sonra isə
76 dəfə artıb.
Əzizə
Zeynal