Koronavirusa qarşı peyvənd olunanların sayı açıqlandı
16:22 / 26.12.2021
1638
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, bir gündə 20 989 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 047, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 554, buster doza üzrə vaksinasiya olunanların sayı isə 16 388 nəfərdir.