Dünya

Koronavirusa qarşı peyvənd bu tarixdə hazır olacaq - RƏSMİ

Koronavirusa qarşı peyvənd bu tarixdə hazır olacaq - RƏSMİ
 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında koronavirus infeksiyasından sağalan insanların sayını açıqlayıb.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün dünyada yarım milyondan çox təsdiqlənmiş yoluxma hadisəsi olduğunu, həmçinin 20 mindən çox insanın öldüyünü bildirib.

"Bunlar faciəvi rəqəmlərdir, amma unutmayaq ki, dünyada 100 mindən çox insan xəstəlikdən sağalıb. İndi xəstəxanalarda xəstələrin müalicəsi üçün terapevtik vasitələrə ehtiyac duyulur, çünki COVİD-19 peyvəndini yaratmaq təxminən 18 ay çəkəcək”,- deyə baş direktor vurğulayıb.

Onun sözlərinə görə, terapevtik vasitələrin sınaqları tezliklə İspaniya və Norveçdə başlayacaq: "Bunlar dörd fərqli dərman və dərman birləşməsi sınaqlarıdır. Prosesdə 45 dövlət iştirak edir”.

Qebreyesus koronavirusa qarşı yeni dərman hazırlanan qədər fərdləri və ölkələri virusun müalicəsində effektivliyini göstərməmiş terapevtik maddələrdən istifadə etməkdən çəkinməyə çağırıb: "Hər gün bu xəstəliklə mübarizədə nəyin işlədiyini və nəyin yaramadığını daha çox öyrənirik”.

O, hazırda həkimlər və tibb bacılarını lazımi qoruyucu vasitələrlə təmin etmək, adambaşına düşən aşağı və orta gəlirləri olan ölkələr daha inkişaf etmiş ölkələrdəki həmkarları ilə eyni şəkildə qorunmalı olduğunun ən vacib vəzifə olduğunu bildirib.

ÜST-ün baş direktoru həmçinin qurumun yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 203 min şəxs və təşkilatlar tərəfindən 108 milyon ABŞ dolları həcmində yardımın daxil olduğunu açıqlayıb.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031