Koronavirusa qarşı ikinci doza vurulmazsa, nə olar? - RƏSMİ AÇIQLAMA
16:04 / 17.03.2021
1683
Vətəndaş ikinci dozanı vurdurmarsa, birinici dozanın əhəmiyyəti itəcək.
Sfera.az xəbər verir ki, bunu trend-in sualına cavab olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, immunitetin effektli olması üçün vətəndaş hər iki dozanı vurdurmalıdır:
"İnsan bədənində əhəmiyyətli immunitetin yaranması üçün vaksinin hər iki dozası vurulmalıdır. Yalnız biri vurularsa, bu, əhəmiyyətini itirmiş olacaq".
T. Eyvazov qeyd edib ki, vətəndaş ikinci dozanı 28 gün ərzində vurdurmalıdır: "Az müddət keçəndən sonra da vurdura bilər, ancaq çox ara verilərsə, o zamanda yenidən birinci doza vurulmalıdır".