Koronavirusa qarşı ən yaxşı vaksin məlum oldu

Koronavirusa qarşı ən yaxşı vaksin məlum oldu
ABŞ-ın "Moderna” biotexnologiya şirkətinin hazırladığı vaksin COVID-19-a qarşı 94,5 % effektivdir.

Sfera.az"Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət açıqlayıb.

Bildirilib ki, 30 000 könüllü üzərində aparılan təcrübənin nəticələrinə görə, "Moderna” peyvəndi COVID-19-un, demək olar, bütün simptomlarını qabaqlamağı bacarıb.
 
ABŞ-ın Milli Səhiyyə İnstitutunun təyin etdiyi məlumatların təhlükəsizliyi üzrə müstəqil komissiyanın icmalına görə, plasebo qəbul edib koronavirusa yoluxan 90 nəfərlə müqayisədə 2 doza vaksin alan yalnız 2 sınaq iştirakçısı COVID-19-a yoluxub.

Peyvənd həmçinin COVID-19-un ağır hallarının da qarşısını ala bilib. Belə ki, peyvənd vurulan heç bir könüllüdə koronavirusun ağır halı aşkarlanmadığı halda plasebo qəbul edən 11 nəfərin vəziyyəti ağır olub.

Xatırladaq ki, Amerikanın nəhəng farmaseftik şirkətlərindən olan "Pfizer” və Almaniyanın biotexnoloji "BioNTech” firması onların koronavirusa qarşı vaksinin COVID-19-u qabaqlanması üçün 90 % effektiv olduğunu elan edib.

OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...