\"Koronavirusa görə iş saatları dəyişdirilə bilər?\" - Deputatdan TƏKLİF

\

 

Ölkədə koronavirusa yoluxma pik həddə çatıb. Təkcə ötən gün ərzində 4170 nəfər sözügedən virusa yoluxub, 38 nəfər isə bu xəstəlik səbəbi ilə dünyasını dəyişib.


Paytaxt ərazisində günün pik saatlarında insan sıxlığının olduğunuz nəzərə alsaq yoluxma riski qaçılmazdır. Maraqlıdır, belə olan halda sıxlığın azaldılması üçün müəssisələrdə iş qrafikinin dəyişdirilməsi mümkündürmü?


Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Məlahət İbrahimqızı işçilərin həftənin müəyyən günlərində işə gəlməsinin daha uyğun addım ola biləcəyini düşünür:


"İş saatını dəyişdirmək nəticə verməyəcək. Yaxşı olardı ki, müəssisələr işçi sayını azaltsın. Təbii ki, müəssisələri tamamilə qapamaq olmaz, iş də getməlidir. İmkan daxilində işçiləri həftənin ya tək, ya da cüt günləri olmaqla işə çağırmaq lazımdır. İndi əsas problemlərdən biri də işçilərin işə gələrkən bir-birinə yaxın olması, sosial məsafəni gözləməməsidir. İlkin olaraq sosial məsafənin qorunması məsələsinə riayət edilməlidir".

 

Deputat insanların koronavirusla əlaqədar panikaya düşməsinin fəsadlarından da söz açıb:


"Bizdə koronavirusla bağlı panika da çoxdur. Bundan əvvəl qrip olan və bunu normal qarşılayan insanlar koronavirusa yoluxanda qorxuya düşürlər. Süni şəkildə özündə təşvis yaradıb qorxuya düşmək insanın istənilən xəstəliyə qarşı immunitetini aşağı salır. Çalışıb özümüzü soyuqdan qorumalı, immuniteti güclü tutmalıyıq. Yəqin ki, yaxın zamanlarda peyvəndin vurulmasına başlanılacaq və dünya bu bəladan qurtulacaq".

 

Sfera.az

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...