No Image
No Image

Koronavirusa 2-ci yoluxma necə baş verir? - Hər kəs diqqətli olmalıdır

Koronavirusa 2-ci yoluxma necə baş verir? - Hər kəs diqqətli olmalıdır
Əgər koronavirusa təkrar yoluxma halları müşahidə olunarsa, bu, vəziyyəti mürəkkəbləşdirib arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Çünki təkrar yoluxma zamanı virusun yeni mutasiyasının əmələ gəlməsinə imkan yarana bilər.

Sfera.az  xəbər verir ki, bunu Trend-ə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

N.Abdullayev bildirib ki, virusdan sağalan şəxs yenidən yoluxarsa, bu zaman infeksiya insan orqanizmində formalaşan immunitetə qalib gəlmək üçün özünü dəyişdirə bilir və beləliklə, virusun mutasiya olunmuş (escape mutasiya) yeni variantı yaranır.

O qeyd edib ki, bu cür mutasiya artıq cənubi Afrikada rast gəlinib və mütləq olaraq Azərbayanda da ciddi nəzarətdə saxlanılmalıdır.

N.Abdullayevin sözlərinə görə, insanlar bilməlidir ki, hamını birdən vaksinasiya etmək mümkün deyil, ona görə də onlar vaksinasiyadan sonra da özlərini qorumalı və özünü təcridetmə qaydalarına əməl olunması davam etməlidir.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əli Həsənovdan 26 milyon manatı geri qaytarmaq tələb olunub

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təsis olduğu gündən mediada yeni ziddiyətlərin əsası qoyuldu. Medi...

Azərbaycanda sərt karantin rejimi YUMŞALDILIR

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.   NK-dan Sfera.az-a verilən məlumatda bildirilib ki, dünyada, ö cümlədən Azərbaycan ərazis...

Prezident Cıdır düzündə çay içdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə Şuşaya səfər edib. Sfera.az-ın məlumatına görə, dövl...

ANAMA ləğv edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən...

Bakıda real təhlükə - Bu süd və süd məhsullarını almayın

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, i...

Nazirlər Kabineti Azərbaycanda insanların vaksinasiya olunacağı vaxtı AÇIQLADI

"Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə yoluxmaların sayında artım müşahidə edilirdi”. Sfera.az  xəbər ...