No Image
No Image

“Koronavirus zamanı öskürəyin qarşısın almaq qəti qadağandır” - AÇIQLAMA

“Koronavirus zamanı öskürəyin qarşısın almaq qəti qadağandır” - AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il aprelin birinə kimi uzadılıb.

Eyni zamanda, ölkədə 18 yanvar saat 00:00-dan etibarən sərtləşdirilmiş karantin rejimi yumşaldı, həmin gündən etibarən ölkədə COVID-19 pandemiyasına qarşı peyvəndləmə başladı.

Sfera.az xəbər verir ki, açıqlamasında ağciyər xəstəlikləri mütəxəssisi (Pulmonoloq) Həsən Həsənzadə COVID-19-un müalicəsində ən çox rast gəlinən səhvlər barədə danışarkən bildirib ki, bu, virusla mübarizə ilə əlaqəsi olmayan çoxsaylı vitaminlərin istifadəsidir.

"Əgər insan orqanizmində vitamin çatışmazlığı varsa, həkim ona vitamin müalicəsi təyin edə bilər. Əsasən, immunodepressantları qəbul edən və ya immun çatışmazlığından əziyyət çəkən pasiyentlərdən başqa, digər insanların immuniteti adətən normada olur. Bütün digər insanlara sadəcə düzgün qidalanmaq kifayət edir.

Bununla belə, başa düşməyimiz lazımdır ki, immunitetinizi gücləndirmək məqsədi ilə çox yeməyə gərək yoxdur. Əksinə, bu, həm müalicə zamanı, həm də müalicə sonrası bir sıra problemlərə səbəb ola bilər”, - deyə H.Həsənzadə qeyd edib.

Müsahibimiz həmçinin bildirib ki, yağlı qidaların ağciyəri hədəf alan koronavirusa qarşı mübarizədə müsbət nəticə verməsi kökündən səhvdir və bir çox hallarda hətta zərərlidir.

"Yemək dərman deyil. Bədənin sağlamlıq vəziyyətindən asılı olaraq, gün ərzində müəyyən miqdarda qida qəbul etməsi üçün gündəlik tələbat var. Bir çox hallarda normadan artıq yemək mənfi təsir göstərir”, - deyə pulmonoloq vurğulayıb.

Mütəxəssis həmçinin əlavə edib ki, öskürək tənəffüs sisteminin qoruyucu mexanizmidir və onun infeksion proseslər zamanı olması normaldır:

"Öskürək tənəffüs sistemində problem yaratmadığı müddətcə ona müdaxilə etməyə gərək yoxdur. İnfeksion proseslər zamanı öskürəyin dayandırılması xəstəliyin pisləşməsinə səbəb olur və ya onun müddətini uzadır”. (Media.Az)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycada təhsil işçilərinin vaksinasiyasına başlanıldı

3 mart 2021-ci il tarixindən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhs...

"Bu olsa, qapanmaya gediləcək, başqa çıxış yolu yoxdur" - İnfeksionistdən XƏBƏRDARLIQ

Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Digər tərəfdə...

Azərbaycanda peyvənd olunanların sayı AÇIQLANDI

Martın 2-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,903 nəfər vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan S...

Yaddaş zəifliyi bu səbəbdən yaranır

Bəzən müəyyən hadisələri xatırlamaq və ya yadda saxlamaq üçün çətinliklərlə qarşılaşırıq. Mütəmadi təkrar olunan prosseslər və ya beyin sağlamlığının fəaliyyəti...

Xərçəngə tutulmamaq üçün 8 qidadan - İMTİNA ETMƏLİSİZ

Xərçəng xəstəliyinə səbəb olan məşhur amillərin arasında genetika, siqaret çəkmə, yanlış qidalanma, bəzi infeksiyalar, kimyəvi preparatlarla əlaqə, radioaktiv ş...

Soyuq havada araq içmək zərərlidir — Həkimdən AÇIQLAMA

 "Soyuq  havada insanlar qəbul etdikləri qidalara normal hava şəraiti ilə müqayisədə xüsusi diqqət yetirməlidir. Bol zülallı qidalara, meyvəyə üstünlü...