Koronavirus yenidoğulmuşlara necə təsir edir?

Koronavirus yenidoğulmuşlara necə təsir edir?
Böyük Britaniyadan olan tədqiqatçılar anadan keçən koronavirus infeksiyasının yeni doğulmuş uşağın immunitet sisteminə təsirini müəyyən ediblər.

Sfera.az xəbər verir ki, mütəxəssislər xəstə olan (PCR testləri doğuşdan ən azı iki həftə əvvəl keçirilmiş) və ya artıq COVID-19-da sağalan 30 ananın yeni doğulmuş uşaqlarının sağlamlığını qiymətləndiriblər. İlk uşaqların təbii qatil hüceyrələri və bəzi T hüceyrələrinin daha yüksək olduğu ortaya çıxıb. Hər iki qrupdan olan yeni doğulmuşlarda plazma sitokinləri - kiçik məlumat molekulları yüksəlib, bu da tədqiqatçıların fikrincə, anada olan infeksiyanın yenidoğanın immun sistemindəki dəyişikliklərə təsir etdiyini göstərir.

Anaların uşaqlarına SARS-CoV-2 əleyhinə anticismləri plasentadan keçirərək passiv immunitet ötürdükləri də ortaya çıxıb. Bu, hamiləliyin erkən mərhələlərində COVID-19-dan əziyyət çəkən qadınlarda xüsusilə nəzərə çarpıb. Tədqiqatçılar virusun özünün anadan uşağa keçib-keçmədiyini öyrənməyi planlaşdırırlar.
 
(Medicina.az)

OXŞAR XƏBƏRLƏR

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...