Koronavirus yardımı adı ilə pul toplayıb özünə “Lamborghini” almışdı - Məhkəmə qərar verdi
17:08 / 01.12.2021
939
ABŞ-da Li Prays adlı şəxsin əməli eşidənləri təəccübləndirib.
Sfera.az bildirir ki, sözügedən gənc adam saxta sənədlərlə dövlətdən 1,6 milyon dollarlıq koronavirus yardımı əldə edib. Onun səs-küyə səbəb olan addımı isə həmin pullarla "Lamborghini” avtomobili, brend saatlar, geyimlər alması, gecə klublarında xərcləməsi olub.
Li Prays əməlinə görə, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Türkan
Sfera.az