Koronavirus xəstəsi sağalmaq üçün nə qədər pul xərcləməlidir? — ŞOK QİYMƏTLƏR

Koronavirus xəstəsi sağalmaq üçün nə qədər pul xərcləməlidir? — ŞOK QİYMƏTLƏR
Dünyanı cənginə alan koronavirus infeksiyasından ölüm halları gün keçdikcə artmaqdadır. Xəstəlik səbəbindən minlərlə insan dünyanın müxtəlif ölkələrində müalicə alır. Bəs koronavirus xəstəliyinin müalicəsi neçəyə başa gəlir?
 

Sfera.az qazet.az-a istinadən xəbər verir ki, koronavirus xəstəsi sağalmaq üçün kifayət qədər pul xərcləməlidir. Bir çox ölkələrdə müalicə qiymətləri bir nəfər üçün 50 min manata qədər ola bilir.

Türkiyəli professor Ali Gür müxtəlif ölkələrdəki qiymətləri açıqlayıb.

Amerika Birləşmiş Ştatlarında bir nəfər koronavirus xəstəsinin sağalması üçün ödənməli olan məbləğ 34 min dollar, yəni 57 min 800 manatdır.

Hollandiyada bu məbləğ 53 min 200 manat, İspaniya və Fransada 38 min manat, İsraildə 40 min 800 manat, Almaniyada isə 60 min 800 manat təşkil edir.

Qeyd edək ki, bu ödənişləri koronavirusa yoluxan şəxslər ödəyir. Lakin Türkiyədə bu xərclər dövlət tərəfindən qarşılanır.


OXŞAR XƏBƏRLƏR