Koronavirus müalicəsində istifadə edilən dərmanlar qəhətə çəkilib - Apteklərdən SORĞU

Koronavirus müalicəsində istifadə edilən dərmanlar qəhətə çəkilib - Apteklərdən SORĞU

Koronavirusa yoluxanların sayı artdıqca apteklərdə dərman qıtlığı yaşanır. Belə ki, virusa yoluxmuş şəxslər müalicə prosedurunda istifadə olunan dərmanların tapılmadığını, yaxud çox baha olduğunu bildirir.


Qeyd edək ki, koronavirusun müalicəsində həkimlər adətən maqnezium, erqoferon, "C" vitamini, favipirafir adlı dərmanları məsləhət görür. Problemin nə yerdə olduğunu öyrənmək üçün Sfera.az-ın əməkdaşı paytaxt ərazisində fəaliyyət göstərən apteklərlə əlaqə saxlayıb.


Cavablar isə müxtəlif olub:

 

"Okean Aptek":

 

"Arbidol dərmanı hazırda yoxdur. Amma erqoferon, C vitamini var. C vitaminin qiyməti 14-17 manat arasında dəyişir. Erqoferonun qiyməti isə 11 manat 94 qəpikdir. Maqnezium isə 21 manat 20 qəpiyə satılır".


"Zəfəran Aptek":


"Bir müddətdir ki, dediyiniz dərmanların heç birini satmırıq. Bizə deyirlər ki, depoda həmin dərmanlar yoxdur".

 

"Ulduz Aptek":


"Koronavirusa görə dediyiniz dərmanlara ciddi tələbat var. Amma təəssüf ki, hazırda həmin dərmanların heç biri bizdə yoxdur".

 

"Bakı Aptek":

 

"İndi satışda 11 manat 94 qəpiyə erqoferon və 17 manata "C" vitamini var. Amma hər ikisindən çox az qalıb. Digər dərmanların nə vaxt olacağı ilə bağlı isə nəsə deyilmir".

 

"Harmony aptek"


"İndi bizdə koronavirusun müalicəsində istifadə olunan dərmanlardan bircə "D3" vitamin var, qalan dərmanlar satışda yoxdur".

 

"Elmlər Aptek"

 

"Hazırda aptekdə sadaladığınız dərmanlardan yanlız maqnezium var, digər dərmanlar isə gec tapılır".

 

"İnam Aptek"

 

"Əlimizdə ancaq maqnezium var, onun da qiyməti 11 manat 50 qəpikdir. Bir neçə gün sonra favipiravir də olacaq".

 

Bir sözlə dərmanlar ya ümumiyyətlə yoxdur, ya da deyildiyi kimi əvvəlki dövrlərə nisbətdə bahadır. Problemin kökünü öyrənmək üçün aptek şəbəkələrini dərmanla təmin edən "Avromed" şirkəti ilə də əlaqə yaratmağa çalışdıq. Amma necə deyərlər, daşdan səs çıxdı telefonun o biri tərəfindən səs çıxmadı...

 

Sfera.az

Əzizə Zeynal

 

 


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...