Koronavirus vaksininin qoruyuculuq müddəti bəlli oldu – AÇIQLAMA

Koronavirus vaksininin qoruyuculuq müddəti bəlli oldu – AÇIQLAMA
"BioNTech” şirkətinin qurucularından olan professor Uğur Şahin yeni araşdırmanın nəticələrinə görə,  COVID-19 peyvəndlərinin 9 aya qədər qoruma təmin etdiyini bildirib.

Sfera.az xəbər verir ki, Almaniyanın "Bild” qəzetinə müsahibə verən Uğur Şahin vaksin olunan şəxslərin koronavirusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilməsinin nadir hallarda baş verdiyini bildirib.
 
Üçüncü dozanın COVID-19 xəstəliyinə qarşı əlavə qorunma təmin etdiyini deyən Uğur Şahin, qəzetə açıqlamasında gələcəkdə dördüncü doza ehtiyacına da toxunub:
 
"Dördüncü dozanın olub-olmayacağı ilə bağlı hələ məlumatımız yoxdur. Bu, başqa virus variantlarının olub-olmamasından asılıdır. Biz həmçinin immun müdafiəsindən yayına bilən variantlara qarşı cəld hərəkətə keçmək və peyvəndin istehsal gücünü artırmaq üçün hazırlıq görürük".
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR