Koronavirus vaksininin qoruyuculuq müddəti nə qədərdir?
16:27 / 15.12.2020
2529
Koronavirusa qarşı vaksinin qoruyuculuq müddəti ilə bağlı hazırda dəqiq bir söz demək çətindir. Ancaq ən az bir il qoruyuculuq müddətinin olduğu deyilir.
Sfera.az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.
R.Bayramlı bildirib ki, bununla bağlı vəziyyəti zaman göstərəcək: "Ən az bir il qoruyuculuğu barədə fikirlər var. Bəlkə bu müddət uzun oldu, bəlkə ildə bir dəfə vaksinasiyaya ehtiyac olacaq, bəlkə vaksinin təsiri ömürlük olacaq. Bütün bunları zaman göstərəcək”.