Koronavirus ressesiyası işizliyə necə təsir edəcək? - ŞƏRH

Koronavirus ressesiyası işizliyə necə təsir edəcək? - ŞƏRH
 Ölkələr arasında ticarət əlaqələrinin azalması, uçuşların dayandırılması, otellərin, ictimai-iaşə obyektlərinin bağlanması iş yerlərinin itirilməsi təhlükəsi yaradıb.

Koronavirus (COVID-19) pandemiyasının yayılması qlobal olaraq iqtisadiyyata mənfi təsir etməyə başlayıb.İnsanların təhlükəsizliyinin, sağlamlığının qorunması məqsədilə əksər dövlətlər tərəfindən sərt karantin rejiminin tətbiq olunması iqtisadi aktivliyi zəiflədib.

İqtisaçı-ekspert Samir Əliyev bildirib ki, bu gün dövlətlər müxtəlif vəsaitlər hesabına işsizliyin qarşısını müəyyən qədər almağa, minimuma endirməyə çalışırlar, amma bu, qarşısıalınmaz prosesdir: "İnsanların iş yerlərini itirməməsi üçün hökumətlər işə qarışmalı oldu. Hökumətlər başa düşdü ki, insan amili təkcə onların sağlamlığı deyil, həm də sosial təminatı məsələsidir. Buna görə də sosial təminata diqqət yetirməyə başladılar”.

Ekspert qeyd edib ki, koronavirus hər bir halda işsizliyə səbəb olur. Onun fikrincə, dövlətlər nə qədər yardım etsə də, insanların tam tələbatını ödəyə bilməyəcək: "Əgər müəssisə işləmirsə, təbii olaraq işçiyə ehtiyac yaranmır. Bu da işsizliyə gətirib çıxarır. ABŞ kimi dövlətdə işsizlik səviyyəsi dəfələrlə artmağa başlayıb”.

 
Koronavirus pandemiyasının yayılması neft sektoruna da təsirsiz ötüşməyib. Dünya bazarında neftin qiyməti kəskin şəkildə azalmağa başlayıb. İqtisadi aktivliyin zəifləməsinə görə, neftə tələbatın daha da azalacağı proqnozlaşdırılır. Bir çox enerji şirkətləri xərclərini azaltmağı planlaşdırır. Xərclərin azalması fonunda işçilərin də ixtisar olunacağı proqnozlar arasındadır.

Bəs Azərbaycanda, Dövlət Neft Şirkətində bu addımlar gözləniləndirmi?

Neft Araşdırmaları Mərkəzininrəhbəri İlham Şaban bildirib ki, SOCAR-ın işçi heyətini ixtisar edəcəyi gözlənilmir. Onun sözlərinə görə, şirkət 2015-2016-cı illərdə də işçilərin ixtisarını həyata keçirmədi: "SOCAR dövlət şirkətidir və dövlətin strategiyası vətəndaşları mümkün qədər məşğulluqla təmin etməkdən ibarətdir. O baxımdan 4 il bundan əvvəlki vəziyyətə nəzər salsaq görərik ki, 2016-cı ildə SOCAR sadəcə "Azəriqaz” sistemində bölgələrdəki insanlar üçün 4-5 min nəfərlik müvəqqəti iş yeri də açmışdı. Çünki orada bütün infrastruktur layihələri ixtisar olunmuşdu. SOCAR isə insanları məşğulluğa cəlb etmişdi”.

Ekspert özəl şirkətlərdə xidmət göstərən servis şirkətlərində ixtisarların gözlənildiyini qeyd edib. O xatırladıb ki, 2015-2016-cı ildə dünya üzrə neft-qaz sənayesində 400 min işçi ixtisar edilmişdi. "Hazırkı ilkin proqnozlarda artıq 2021-ci ilə qədər neft-qaz sənayesində 1 milyona yaxın ixtisaslar gözlənildiyi bildirilir”.

Ekspert vurğulayıb ki, SOCAR-ın təcrübəsində bu addım yoxdur. Onun sözlərinə görə, nə 2009-cu ildə, nə də 2015-ci ildə bu müşahidə olunub. "Beş il bundan öncə şirkətdə 51 min nəfər işçi var idi, indi də o qədərdir”, - İ. Şaban əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...