Koronavirus qiyamətin başlanğıcıdır?

Koronavirus qiyamətin başlanğıcıdır?
Koronavirus pandemiyası dünyada qiyamət gözləntilərini də gündəmə gətirdi. Hər üç səmavi dində qiyamət fərqli ifadələrlə yer alır, amma hər üçündə də söhbət dünyanın sonundan gedir.

Qurani-Kərimdə qiyamət ifadəsinə çox yaxın olan axirət kəlməsi – beş yerdə fərqli formada istifadə edilməsi xaric – 110 yerdə keçir, 26 ayədə "əl-yevmül-axir” kimi qeyd olunur.

Qiyamətin dəqiq nə vaxt baş verəcəyi bilinmir, amma Qurani-Kərimdə bunun qəfil gələcəyi, öncədən isə əlamətlərinin ortaya çıxacağı bildirilir.

Müqəddəs kitabda qiyamət əlaməti kimi göyün insanları bürüyəcək bir duman yayacağı və Ayın bölünəcəyi də göstərilir.

Bununla yanaşı, İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) qiyamətdən öncə baş verəcəkləri açıqlayıb.

Bu əlamətlərin bir qismini təqdim edir:

- Elmin yerini cəhalət tutacaq;

- İnsanı sərxoş edən içkilər kütləvi şəkildə yayılacaq;

- Zina adiləşəcək;

- Çobanlar varlanaraq, binalar inşa etmək uğrunda yarışacaqlar;

- Sərvət o qədər çoxalacaq ki, zəkat veriləcək heç kim qalmayacaq;

- Eyni məqsədə xidmət edən iki böyük toplum bir-biri ilə döyüşəcək;

- Qətllər və fitnələr çoxalacaq;

- Qadınların sayı çoxalacaq, 50 qadına bir kişi düşəcək;

- Müsəlmanlar qıldan ayaqqabı geyinən, kiçik gözlü, geniş üzlü insan qrupları ilə müharibə edəcək;

- İnsanlar həyatdan bezərək, ölülərə qibtə edəcək;

- Allahın elçisi olduğunu iddia edən 30-a qədər yalançı dəccal çıxacaq;

- Yer üzündə Allah deyən heç kim qalmayacaq;

- Gecə ilə gündüz bərabərləşəcək;

- Zəlzələlər çoxalacaq;

- Günəş Qərbdən doğacaq;

- Şərqdə, Qərbdə və Ərəbistan yarımadasında torpaq parçaları batacaq;

Belə əlamətlər çoxsaylıdır. Qeyd etdiyimiz əlamətlərin hansının olub-olmadığını, hansının isə olacağını demək çətindir. Amma 2020-ci il başlayan kimi dünyanın koronavirus da daxil olmaqla üzləşdiyi çətinliklər qiyamət gözləntilərini də artırıb./ Publika.az/

 

OXŞAR XƏBƏRLƏR

Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra..." 

“Kişilərin 45, qadınların isə 55 yaşdan sonra ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməsi tövsiyə olunur”.   S...

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.   Sfera.az xəbər verir ki, 2002-ci ildə...

10 martda imtahan vermiş şagirdlərin NƏZƏRİNƏ! - Nəticələr AÇIQLANDI

10 martda keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Sfera az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 11-ci ...

Kopenhagendə tarixi bina yanır - VİDEO

Danimarkanın paytaxtı Kopenhagendə ən məşhur tikililərdən biri hesab olunan keçmiş fond birjasının binasında güclü yanğın baş verib.   Sfera.az xəbər...

Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq tələblərə uyğunlaşdırılır

Azərbaycan dövlətinin ali məqsədi vətəndaşlarının insan hüquq və azadlıqlarının təmin edilməsidir.  Sfera.az xatırladır ki, dövlət müstəqilliyinin bər...

Bu klublar Qurban Qurbanovla MARAQLANIR: "Mütəxəssislə təmas olub, yaxın günlərdə..."

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.   Sfera.az Offsideplus.az-a istinadən xəbər ve...