\"Koronavirus qatil deyil, hamını sağaldacağıq\" – XİLASKAR HƏKİM DANIŞDI

\

Gürcüstanda koronaviruslu aktiv xəstələrin bir çoxununvəziyyəti müsbətə doğru dəyişir. Həkimlər onların hamısını sağaldacaqlarına ümid edirlər.

 

 

"Yeni tip COVİD19 virusunun qatil olması ilə bağlı söhbətlər gerçəkliyi əks etdirmir”. 

 

Sfera.az "Sputnik Qruziya”ya istinadla bildirir ki, bunu jurnalistlərə açıqlamasında Tbilisi Dövlət Tibb Universitetinin ilk Universitet Klinikasının direktoru Levan Ratiani bildirib.


Onun sözlərinə görə, rəhbərlik etdiyi klinikanın həkimləri ağır vəziyyətdə olan xəstəni sağaltmağı bacarıblar.


"Bu qadının nümunəsində deyə bilərəm ki, COVİD19 qatil deyil. O, ağır vəziyyətdə idi, kəskin respirator sindromdan, artıq çəkidən, ürək çatışmazlığından, arterial hipertenziyadan əziyyət çəkirdi, amma müalicənin hazırkı mərhələsində xəstənin vəziyyətində müsbətə doğru ciddi dəyişikliklər müşahidə olunur. COVİD19-unqatil olduğuna dair fikirlər həqiqəti əks etdirmir. Əgər biz məqsədyönlü şəkildə müalicə aparsaq və xəstənin vəziyyəti bizə kömək etsə, bütün xəstələr mütləq sağalacaqlar", - Ratiani bildirib.


Onun sözlərinə görə, xəstələrin vəziyyətinin müsbətə doğru dəyişməsi klinikanın komandasını çox sevindirir. Bir xəstəni artıq süni tənəffüs aparatından ayırıblar, ikincisini isə yaxın günlərdə ayıracaqlar.


"Biz bu müharibədə zəfər çalmağa yaxınıq. Xəstələrdən biri artıq sağalmaq üzrədir. O, ağ ciyərlərin süni ventilyasiyasına qoşulmuşdu. Çox guman ki, günün sonunda onu aparatdan ayıracağıq", - Ratiani qeyd edib.


Ürək çatışmazlığından əziyyət çəkən 80 yaşlı qadının vəziyyəti də yaxşılaşıb, tənəffüs parametrlərində müsbətə doğru dəyişiklik var. Ratiani həmin qadının bu günədək yaşamasını daha bir qələbə adlandırıb. Baş həkim pasiyentin vəziyyətinin sabit qalacağına və bir neçə gündən sonra süni tənəffüs aparatının köməyi olmadan nəfəs ala biləcəyinə ümid etdiyini bildirib.


Klinikada müalicə kursu keçən hamilə qadına gəldikdə isə, onun vəziyyətində də müsbətə doğru ciddi dəyişikliklər müşahidə olunur. Son 24 saat ərzində xəstənin bədən hərarəti normallaşıb, bu virusa xas olan yuxarı tənəffüs yollarının əlamətləri artıq yoxdur. Həkimlər hər gün dölün vəziyyətini yoxlayırlar və qeyd edirlər ki, onun vəziyyəti qənaətbəxşdir.


Ratianinin sözlərinə görə, hazırda klinikada cəmi 77 xəstə qalıb, onlardan 17-si aktiv koronaviruslu xəstələrdir. Son günlər ərzində klinikaya laboratoriyadan koronavirus testi ilə bağlı heç bir müsbət nəticə daxil olmayıb. Ratiani bu gün 30 pasiyentin klinikanı tərk edəcəyini və karantinə keçirəcəyini də istisna etməyib.


Qeyd edək ki, son məlumatlara görə, bu günədək Gürcüstanda cəmi 108 koronaviruslu xəstə aşkar edilib, onlardan 21 nəfəri müalicə olunub. Epidemioloqların proqnozlarına görə, ölkədə yoluxma halları artacaq.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR