Koronavirus peyvəndi bu qiymətə satılacaq
14:32 / 20.11.2020
2061
Koronavirus
peyvəndinin Avropa ölkələrində satış qiyməti
müəyyənləşib.
Sfera.az xəbər verir ki, ABŞ-ın "Pfizer” və Almaniyanın "BioNTech” şirkətləri arasında tədarük müqaviləsi imzalanıb.
İki dozada tətbiq olunacaq peyvəndin satış qiyməti, Avropa ölkələrində 31 avro olacaq.
Avropa Birliyidərman şirkətlərinə 300 milyon peyvənd qarşılığında 4,65 milyar avro ödəməli olacaq.
Jalə Mehdi
Sfera.az