Koronavirus peyvəndi belə vurulacaq - Hazırlıq tamamlanır, oktyabrda...

Koronavirus peyvəndi belə vurulacaq - Hazırlıq tamamlanır, oktyabrda...
 

İngiltərənin Oksford Universitetindən koronavirusa qarşı hazırlanan peyvənddən ümidverici xəbərlər gəlib.

Sfera.az xəbər verir ki, hazırda kliniki sınaqların 3-cü mərhələsində olan peyvəndin virusa qarşı daha güclü antikor ifraz edə bilməsi üçün qızılca peyvəndinə bənzər formada iki doza tətbiq edilə biləcəyi açıqlanıb.

Elm adamları peyvəndi donuzlar üzərində ikimərhələli formada sınayıb. "Pioner" adı verilən ilk mərhələ 2 ay əvvəl gerçəkləşib. 28 gün sonra yenidən peyvəndlənən donuzların ifraz etdiyi antikorların səviyyəsi daha yüksək olub. Sınağı həyata keçirən professor Simon Qrehem donuzların insanlara bənzər metabolik sürətə və antikor reaksiyasına sahib olduğunu bildirib. O, insanlarda da bənzər nəticələr əldə edəcəyinə ümid edir.

Bununla birgə, elm adamları potensial peyvəndin COVID-19-a qarşı nə qədər qoruyacağını ehtimal edə bilmir. Virusun daimi mutasiya keçirməsi məlum olduğundan, bir peyvəndin qoruyuculuğunun 6 ay-2 il arasında olduğu bildirilir.

Oksford Universitetinin professoru Adrian Hill, ən yaxşı ehtimalla, peyvəndin bu ilin oktyabr ayında paylanacağını açıqlayıb. Universitet tərəfindən peyvənd sınaqlarının avqust ayında tamamlanacağı proqnozlaşdırılır. Bu çərçivədə universitetlə razılığa gələn "AstraZeneca" firması milyonlarla peyvəndin qlobal miqyasda paylanmasını həyata keçirəcək.

 

Firma şənbə günü 400 milyon peyvəndin Almaniya, Fransa və Niderlanda paylanması üçün razılığa gəlib. Peyvəndin ilk 100 milyonu ilk olaraq İngiltərəyə, 400 milyonu isə ABŞ-a veriləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasına görə, hazırda koronavirusa qarşı 135 peyvənd üzərində iş gedir. Bu peyvənlərdən 8-i artıq insanlar üzərində sınanır. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Bütün dünyanın gözlədiyi ŞAD XƏBƏR - 4-6 həftə ərzində...

  ABŞ-ın dərman istehsalçıları yayın sonuna kimi yeni koronavirus vaksinin buraxılışına başlamağı nəzərdə tuturlar. Sfera.az "Report”-a istinad...

Rusiya atəşi dərhal dayandırmağa çağırdı

 Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları - Elmar Məmmədyarov və Zöhr...

Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı

 Rusiyada dünyada koronavirusun ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər. S...

Koronavirusun yayılma sürəti iki dəfə artıb

  SARS-CoV-2 koronavirusunun yayılma sürəti may göstəriciləri ilə müqayisədə iki dəfə artıb. TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkila...

ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün sirlərini açır: “Həqiqəti gizlədirlər”

 Ölkədən qaçan bir Çin viroloqu ÇXR səlahiyyətlilərini koronavirus gizlətməkdə günahlandırır. Qadın iddia etdiyi kimi, "itkin düşmüş" informatorların siyah...

SOS! 5 il sonra dünyanı dəhşətli təhlükə gözləyir

  Ümumdünya Meteoroloji Təşkilatın (ÜMT) mütəxəssisləri tərəfindən aparılmış tədqiqat onu göstərir ki, dünya Paris iqlim sazişinin məqsədlərini yerinə yet...