Koronavirus pandemiyasının nə qədər davam edəcəyi bəlli deyil - ÜST
"Koronavirus pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil”.
Sfera.az "Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib.
"Hazırda heç kim pandemiyanın nə qədər müddət davam edəcəyini təxmin edə bilmir. Bizim qarşımızda bir çox ssenari var. Düşünürəm ki, insanları maraqlandıran tətbiq edilmiş tədbirlərin nə qədər müddət qüvvədə olacağıdır. Biz qeyri-müəyyənlik dövrünə daxil oluruq”, – ÜST-ün yetkilisi vurğulayıb. ÜST koronavirus infeksiyasını martın 11-də pandemiya elan edib. Bu günə qədər dünya üzrə 597 min 501 nəfər infeksiyaya yoluxub. Onlardan 27 min 371 nəfər dünyasını dəyişib.
Koronavirsudan ölüm halına görə ilk yeri İtaliya tutur. Bu ölkədə 9134 nəfər dünyasını dəyişib. İtaliyadan sonra İspaniya gəlir ki, burada 5 138 ölüb. (yeni sabah)