Koronavirus niyə bu qədər çox mutasiya edir? - İZAH

Koronavirus niyə bu qədər çox mutasiya edir? - İZAH
"Omikron" ştamı koronavirusla bağlı bir sıra məlumatları yenidən gündəmə gətirib. Müzakirə olunan mövzulardan biri də virusun həddən artıq mutasiyaya uğramasıdır. Bəs, viruslar niyə və necə dəyişikliyə məruz qalırlar?
 
Sfera.az bununla bağlı yazını təqdim edir:

İlk növbədə qeyd etmək lazımdır ki, virusların genetikası daim dəyişir. Mutasiyadan sonra yüngül genetik dəyişikliklər, rekombinasiya zamanı isə əsas genetik dəyişikliklər baş verir. Mutasiya virusun genomunda, yəni onun genetik materialında xəta baş verdikdə yaranır. Rekombinasiya isə  virusların genetik məlumat mübadiləsindən sonra, yeni virus növü kimi meydana çıxmasına səbəb olur. Məsələn, COVID-19 pandemiyasına səbəb olan SARS-Cov-2-nin yarasalarda tapılan virusun, vasitəçi olan başqa bir heyvandakı virusla rekombinasiyası nəticəsində ortaya çıxdığı və insana təsir edə biləcək genetik materiala sahib olduğu məlumdur.

Mutasiya necə reallaşır?

SARS-CoV-2 adını ətrafına sarılan və tac əmələ gətirən zülal kapsullarından alır. "Korona" latınca tac deməkdir. Bu zülal kapsulları mikroskop altında tikanlara bənzəyən iti uclar görünür. Bu iti uclar virusun canlı hüceyrəyə yapışmasına kömək edir. Onların uclarındakı açara bənzər formalar isə virusun hüceyrəyə daxil olmasına və çoxalmasına şərait yaradır. Hüceyrəyə daxil olmağı bacaran viruslar hüceyrə daxilində öz genetik materiallarını "kopyalamağa” başlayır və beləliklə də sürətlə çoxalırlar. Yüzlərlə, hətta minlərlə "kopyalama” isə zaman-zaman xətalara yol açır, nəticədə mutasiyaya səbəb olur. DNT viruslarında mutasiya dərəcəsi daha az olduğu halda, RNT viruslarında bu nisbət yüksəkdir. Koronavirus RNT genomunu kopyalayaraq çoxaldığı üçün yüksək sürətlə mutasiya edə bilir.

Mutasiya virusun təbiətində var və onun qarşısını almaq mümkün deyil. O, virusu daha yoluxucu və ya ölümcül hala gətirə, həmçinin onun əks istiqamətdə təkamülünə səbəb ola bilər. Ümumi rəy budur ki, virusun yoluxuculuğunun artması daha ölümcül nəticələrə yol açır.  Digər tərəfdən, mütəxəssislər daha çox ölümcül hala gələn virusun, az yoluxduruculuq qabiliyyətinə də diqqət çəkiblər. Bunun səbəblərindən biri də, xəstənin başqa insanlarla ünsiyyət imkanının azalmasıdır. Alimlər ümid edirlər ki, mutasiyalar virusa qarşı daha effektiv müalicə üsulları və peyvəndlər hazırlamaq imkanı verəcək.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...