Koronavirus niyə bu qədər çox mutasiya edir? - İZAH

Koronavirus niyə bu qədər çox mutasiya edir? - İZAH
"Omikron" ştamı koronavirusla bağlı bir sıra məlumatları yenidən gündəmə gətirib. Müzakirə olunan mövzulardan biri də virusun həddən artıq mutasiyaya uğramasıdır. Bəs, viruslar niyə və necə dəyişikliyə məruz qalırlar?
 
Sfera.az bununla bağlı yazını təqdim edir:

İlk növbədə qeyd etmək lazımdır ki, virusların genetikası daim dəyişir. Mutasiyadan sonra yüngül genetik dəyişikliklər, rekombinasiya zamanı isə əsas genetik dəyişikliklər baş verir. Mutasiya virusun genomunda, yəni onun genetik materialında xəta baş verdikdə yaranır. Rekombinasiya isə  virusların genetik məlumat mübadiləsindən sonra, yeni virus növü kimi meydana çıxmasına səbəb olur. Məsələn, COVID-19 pandemiyasına səbəb olan SARS-Cov-2-nin yarasalarda tapılan virusun, vasitəçi olan başqa bir heyvandakı virusla rekombinasiyası nəticəsində ortaya çıxdığı və insana təsir edə biləcək genetik materiala sahib olduğu məlumdur.

Mutasiya necə reallaşır?

SARS-CoV-2 adını ətrafına sarılan və tac əmələ gətirən zülal kapsullarından alır. "Korona" latınca tac deməkdir. Bu zülal kapsulları mikroskop altında tikanlara bənzəyən iti uclar görünür. Bu iti uclar virusun canlı hüceyrəyə yapışmasına kömək edir. Onların uclarındakı açara bənzər formalar isə virusun hüceyrəyə daxil olmasına və çoxalmasına şərait yaradır. Hüceyrəyə daxil olmağı bacaran viruslar hüceyrə daxilində öz genetik materiallarını "kopyalamağa” başlayır və beləliklə də sürətlə çoxalırlar. Yüzlərlə, hətta minlərlə "kopyalama” isə zaman-zaman xətalara yol açır, nəticədə mutasiyaya səbəb olur. DNT viruslarında mutasiya dərəcəsi daha az olduğu halda, RNT viruslarında bu nisbət yüksəkdir. Koronavirus RNT genomunu kopyalayaraq çoxaldığı üçün yüksək sürətlə mutasiya edə bilir.

Mutasiya virusun təbiətində var və onun qarşısını almaq mümkün deyil. O, virusu daha yoluxucu və ya ölümcül hala gətirə, həmçinin onun əks istiqamətdə təkamülünə səbəb ola bilər. Ümumi rəy budur ki, virusun yoluxuculuğunun artması daha ölümcül nəticələrə yol açır.  Digər tərəfdən, mütəxəssislər daha çox ölümcül hala gələn virusun, az yoluxduruculuq qabiliyyətinə də diqqət çəkiblər. Bunun səbəblərindən biri də, xəstənin başqa insanlarla ünsiyyət imkanının azalmasıdır. Alimlər ümid edirlər ki, mutasiyalar virusa qarşı daha effektiv müalicə üsulları və peyvəndlər hazırlamaq imkanı verəcək.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa yoluxanlarda psixi pozğunluqlar yaranır - Yeni arşadırmanın nəticələri qorxutdu

COVID-19-la bağlı daha bir araşdırmanın nəticələri bəlli olub.   Sfera.az bildirir ki, İstanbul Tibb Fakültəsi koronavirus diaqnozu ilə xəstəxanaya yerlə...

"Qarşıdakı 2 ayda hər gün 700 min nəfər "Omicron"a yoluxacaq" - Professordan qorxunc XƏBƏRDARLIQ

"Qarşıdakı iki ay içində hər gün 700 min nəfər "Omicron” ştamına yoluxacaq”.   Sfera.az bildirir ki, bunu türkiyəli professor Ahmet Saltık  ölkədə P...

Kişilərdə cinsi gücü artıran, sonsuzluğa qarşı min bir dərdin dərmanı

Meyvələri təzə və quru olaraq yeyilir. Keçi buynuzunun yarpaqları və budaqlarının qurudulub qaynadılaraq çay kimi içilməsi də faydalıdır.   Keçibuynuz...

Saçlarınız tez çirklənirsə, səbəbi yastıqda axtarın! - Məşhur saç ustasından tövsiyələr

Avstraliyalı saç ustası saçların sürətlə çirklənməsinin səbəblərini açıqlayıb.   Sfera.az bildirir ki, "The Sky Parlor” gözəllik salonunun əməkdaşı olan ...

Bəzi insanların niyə koronavirusa yoluxmadığı bəlli oldu - Alimlərdən yeni kəşf

COVİD-19-un yoluxmasını əngəlləyən yeni gen kəşf edilib.   Sfera.az bildirir ki, İsveçin nüfuzlu qurumlarından biri olan Karolinska İnstitutunda çalışan ...

Həkim: “Yağ, pendir və çörək ürək üçün təhlükəlidir”

Rusiyalı qastroenteroloq Sergey Vyalov kərə yağı və pendir-çörəkli adi səhər yeməyini sağlamlıq üçün təhlükəli adlandırıb. Sfera.az xəbər verir ki, həkim ...