Koronavirus nə zaman bitəcək? - Alimdən mühüm AÇIQLAMA

Koronavirus nə zaman bitəcək? - Alimdən mühüm AÇIQLAMA
Vaksinasiya koronavirus pandemiyası ilə mübarizə strategiyasına aid əsas məsələlərdəndir. Pandemiyanın aradan qaldırılması üçün 70 faiz insanın immunitet qazanması vacibdir.

Sfera.az bildirir ki, bunu  Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

N.Abdullayev bildirib ki, bu gün virusla mübarizə çərçivəsində əhalinin artıq neçə faizinin immunitet qazanmasını müəyyənləşdirilməyin üsullarından biri də seroloji testlər vasitəsilə mümkündür:

"Əgər əhalinin yuxarıda qeyd olunan böyük hissəsinin immunitet qazandığı məlum olarsa, bu, artıq pandemiyanın tam aradan qaldırılması üçün yeni imkanlar yaradacaq”.

N.Abdullayev bildirib ki, insanlar peyvəndləndikdən sonra da özlərini qorumalıdır: "Cəmiyyətin vaksinasiyanın tətbiqinə başlanacağı günü səbrsizliklə gözlədiyi başa düşüləndir. Amma vaksinasiyanın tətbiqi virusun kökündən məhv edilməsi anlamına gəlməməlidir və buna görə də insanlar hətta peyvəndləndikdən sonra da tətbiq edilən qayda və qanunlara riayət etməyi özlərinə borc bilməlidirlər”.
 
(trend)

OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...