Koronavirus laboratoriyada hazırlanmayıb
23:15 / 23.04.2020
4311
Koronavirusun laboratoriyada hazırlanıb-hazırlanmaması barədə suallara aydınlıq gətirilib.
Sfera.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.
"Əldə olan dəlillər koronavirusun heyvandan qaynaqlandığını göstərir. Virusun laboratoriyada hazırlandığı və ya dəyişikliyə məruz qaldığına dair bir sübut yoxdur", - açıqlamada vurğulanıb.
(deyerler.org)