“Koronavirus kəlməsini birdəfəlik unutmalıyıq, adamları qorxudurlar” – Professordan etiraz
Gündəm
14:54 / 14.09.2021
2084
"Azca
temperaturu olan, çox işləyəməkdən yorulub əzələləri, oynaqları, qarnı, başı, bədəni
ağrayan, halsızlaşan, ishal, hətta qəbz olanlar belə özünü koronavirus xəstəsi
hesab edir”.
Sfera.az
bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
Onun
fikrincə, COVİD-19-a yoluxmaq qorxusu insanların beyninə yeridilib:
"Məgər
artıq yer üzündə digər xəstəlik və patoloji proses, koronavirusdan başqa viral
infeksiya və ya patogen bir virus yoxdu? Axı, bütün şərti və şərtsiz patogen
virusları bir-birinə calamaq mümkün olsaydı, onun uzunluğu 100 milyon işıq ili
olardı. Digər məqam odur ki, hətta ÜST-ün bəzi "başbilənləri” COVİD-19 çıxandan
sonra, hətta qripin 98% azaldığını söyləyir. Vallah ayıbdır. Ölüm isə haqdır,
odur ki, yalnız şəxsi gigiyenik qaydalara əməl edərək, gündəlik normal həyatı
yaşamaq lazımdır”.
Mütəxəssis
qeyd edib ki, insanlar məhdud hallarda - zərurət yaranarsa, maskadan istifadə
etməlidir:
Günay Rəsulqızı