“Koronavirus kəlməsini birdəfəlik unutmalıyıq, adamları qorxudurlar” – Professordan etiraz

“Koronavirus kəlməsini birdəfəlik unutmalıyıq, adamları qorxudurlar” – Professordan etiraz
"Azca temperaturu olan, çox işləyəməkdən yorulub əzələləri, oynaqları, qarnı, başı, bədəni ağrayan, halsızlaşan, ishal, hətta qəbz olanlar belə özünü koronavirus xəstəsi hesab edir”.

Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
 
Onun fikrincə, COVİD-19-a yoluxmaq qorxusu insanların beyninə yeridilib:

"Məgər artıq yer üzündə digər xəstəlik və patoloji proses, koronavirusdan başqa viral infeksiya və ya patogen bir virus yoxdu? Axı, bütün şərti və şərtsiz patogen virusları bir-birinə calamaq mümkün olsaydı, onun uzunluğu 100 milyon işıq ili olardı. Digər məqam odur ki, hətta ÜST-ün bəzi "başbilənləri” COVİD-19 çıxandan sonra, hətta qripin 98% azaldığını söyləyir. Vallah ayıbdır. Ölüm isə haqdır, odur ki, yalnız şəxsi gigiyenik qaydalara əməl edərək, gündəlik normal həyatı yaşamaq lazımdır”.

Mütəxəssis qeyd edib ki, insanlar məhdud hallarda - zərurət yaranarsa, maskadan istifadə etməlidir:
 
"Eyni zamanda sosial məsafəyə, peyvəndləmə kampaniyasına əməl etmək önəmlidir. Stress, gərginlik və ruhi sarsıntıya səbəb olan "koronavirus” kəlməsini isə birdəfəlik unutmalıyıq”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...