Koronavirus intellekt səviyyəsini endirir?

Koronavirus intellekt səviyyəsini endirir?
London İmperiya Kollecinin və Kembric Universitetinin bir qrup alimi koronavirusun insanın əqli bacarıqlarına təsiri ilə bağlı araşdırma aparıb.

Sfera.az xəbər verir ki, araşdırmanın nəticələri "The Lancet” elmi jurnalında nəşr olunub.

Jurnalın məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, koronavirus infeksiyasına yoluxmuş insanlarda intellekt səviyyəsi əhəmiyyətli dərəcədə enib.

Məlumata əsasən, eksperimentdə 81 337 nəfər iştirak edib. Bu şəxslərdən 12 689-u müxtəlif çətinlik dərəcəsi ilə koronavirus infeksiyasına yoluxublar.

Eksperiment iştirakçıları bir neçə tapşırıq yerinə yetirməli olub. Belə məlum olub ki, hətta virusu ən yüngül formada keçirən əksər iştirakçılar tapşırıqları yerinə yetirərkən koronavirusa heç vaxt yoluxmayan insanlarla müqayisədə daha çox çətinlik çəkiblər.

Beyinin fəaliyyətində müşahidə edilən pozuntuların ciddiliyi birbaşa olaraq xəstəliyin ağırlığından asılı olub. Belə ki, xəstəlik zamanı ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmuş şəxslər ən çox çətinlik çəkən iştirakçılar olub. Onların intellekt göstəricisi 7 pillə enib. Bu göstərici, hətta insult keçirmiş və gələcəkdə nəsə öyrənmək iqtidarında olmayan şəxslərdə belə qeydə alınmayıb. // "Qafqazinfo” 


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...