Koronavirus iki bacını 50 illik ayrılıqdan sonra qovuşdurub

Koronavirus iki bacını 50 illik ayrılıqdan sonra qovuşdurub
 ABŞ-ın Nebraska ştatında iki bacı koronavirus sayəsində 53 illik aradan sonra yenidən görüşüblər.

Sfera.az xəbər verir ki, 73 yaşlı Doris Krippen səhhətində narahatlıq hiss etdiyinə görə xəstəxanaya müraciət edib. Orada ona COVID-19 diaqnozu qoyulub.

Məlum olub ki, həmin xəstəxanada 22 ildir onun kiçik bacısı Bev Boro da çalışır. Bev və Dorisin ataları eyni, anaları isə fərqlidir.

Bildirilib ki, bacılar bir-birini 53 ildir görməyiblər. Buna səbəb Dorisin anası, Bevin isə 14 bacı və qardaşı ilə birgə başqa bir ailəyə övladlığa verilməsi olub. Doris uzun illər doğmalarını axtarması nəticə verməyib.

Qeyd olunub ki, Bev xəstəxana pasiyentinin onun bacısı olduğuna əmin olmaq üçün eşitmə zəifliyi olan Dorisə atasının adı yazılmış ağ lövhə gətirib. Qadın bu adın atasına məxsus olduğunu təsdiqləyib.

"Bu inanılmazdır... Sadəcə bu qədər ildən sonra ağlasığmazdır. Düşünmürdüm ki, onu yenidən görə biləcəyəm”, - pasiyent Doris Krippen heyrətini gizlətməyib.

Bev digər qardaş və bacıları ilə əlaqə saxlayır. İndi isə onlar ailəvi görüş keçirməyi planlaşdırırlar. (report.az)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...