“Koronavirus fırıldaqçıları” peyda olub: Adamlar belə aldadılır - TƏFƏRRÜAT

“Koronavirus fırıldaqçıları” peyda olub: Adamlar belə aldadılır - TƏFƏRRÜAT

"Koronavirus mövzusundan istifadə edən fırıldaqçıların qurbanı olmamaq üçün vətəndaşlar diqqətli və ehtiyatlı olmalıdır”.

 

Sfera.az-ın məlumatına görə, bunu RİA Novosti-yə müsahibəsində Əmanət Bankının İdarə Heyətinin sədr müavini Stanislav Kuznetsov bildirib.


Daha əvvəl, aprelin 6-da isə Kuznetsov ağentliyə bildirmişdi ki, koronavirusun ölkəyə yayılması fonunda Əmanət Bankı yeni fırıldaqçılıq sxemlərini qeydə alıb. Belə ki, dələduzlar rusiyalılara koronavirusun vurduğu zərərə görə müxtəlif növ kompensasiyalar almağı təklif edir, yoluxmuş şəxslərlə ünsiyyətdə ola bildiklərini əsas gətirərək, ödənişli müayinələrdən keçməyə dəvət edirlər, eləcə də koronavirusa qarşı bahalı dərmanlar adı ilə onlara zərərsiz qida əlavələri satırlar.

 

"Koronavirusla bağlı vəziyyət fonunda rusiyalılara kibertəhlükəsizlik baxımından hansı məsləhətlər verilə bilər” sualına Kuznetsov belə cavab verib: " Birincisi, mənbəyi dəqiqləşdirilməmiş bütün həyəcanlı xəbərlərə tənqidi yanaşmağı məsləhət görərdim”.

 

Kuznetsovun rusiyalılara ikinci məsləhəti isə belədir:”Elektron poçtla işləyərkən, tanımadığınız insanlarla telefonla, sosial şəbəkələrdə və mesencerdə ünsiyyət zamanı sayıqlığınızı artırmalısınız.”

 

"Üçüncüsü, unutmamalısınız ki, biz hər an sizin köməyinizə gəlməyə hazırıq və banka müraciət etməkdən utanıb çəkinməməlisiniz” ,- deyə Kuznetsov bildirib.

 

Qeyd edək ki, Rusiyada 15 mindən çox COVİD-19-a yoluxma halı qeydə alınıb, 1300-ə yaxın insan sağalıb, 130 nəfər isə dünyasını dəyişib. Əksər regionlarda yüksək hazırlıq rejimi fəaliyyət göstərir, vətəndaşlara zərurət olmadan evlərini tərk etməmək tövsiyyə edilir, digər dövlətlərlə avia və dəmir yolu əlaqələrinə, demək olar ki, tamamilə xitam verilib.

 

 

Selcan

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR