Koronavirus da 3-4 aydan sonra bitəcək, 10-15 manatlıq...-AÇIQLAMA

Koronavirus da 3-4 aydan sonra bitəcək, 10-15 manatlıq...-AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov koronavirusdan sağalan insanların yenidən virusa yoluxa biləcəyi barədə açıqlama verib. Rəsmi şəxs "İstər bir dəfə, istərsə 2 dəfə yoluxmadan və ya ümumiyyətlə yoluxub-yoluxmamasından asılı olmayaraq, hamı eyni qaydalara riayət etməlidir. Çünki sübutlar var ki, yoluxanların 10 faizi COVID-19-a yenidən yoluxa bilir. Ona görə yoluxan insanlar da tibbi maskalardan istifadə etməlidirlər" deyib.

Mövzuya Azərbaycan Azərbaycan Tibb Universiteti I cərrahi xəstəliklər kafedrasının, eləcə də Transplantalogiya şöbəsinin dosenti, cərrah Ədalət Rüstəm açıqlama gətirib:

 

"Belə şeylər çox eşidəcəyik. Biri təsdiq, digəri təkzib edəcək. Bir qrup, bir təşkilat qatığa ağ, başqa qrup, özgə təşkilat qara, üçüncüsü qəhvəyi deyəcək. 10-15 manatlıq "Favipiravir"i dərman alverçiləri dünənə qədər 700, bu gün 1000 manata satmağa başlayıblar. Məqsəd əlbir olub qiymət artımına nail olmaqdır. Təşvişə heç bir əsas yoxdur. SARS-COV, MERS, H1N5, donuz qripi necə gəlib, bitibsə, bu virus da 3-4 aydan sonra bitəcək. İndi əsas məsələ özümüzü, bir birimizi "Mən səni və onu, sən məni və basqasını" prinsipi ilə qorumaqdır. Problemi tez, qısa müddətdə və asan həll etməyin yolu budur". (saqlamheyat.az)


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...