Koronavirus bu insanlarda əqli zəifliyə səbəb ola bilər

Koronavirus bu insanlarda əqli zəifliyə səbəb ola bilər
Alimlər koronavirusun beynin funksiyalarına təsir etdiyini çoxdan bilirlər.

Sfera.az xəbər verir ki, ancaq xəstəliyi 40 yaşlarında keçirənlərdə qocalarda olduğu kimi virusun əqli zəifliyə və beynin iltihabına səbəb ola biləcəyi elmi dairələrdə sensasiyaya çevrilib. Mütəxəssislər risklərdən danışıblar.

Elm adamları bir əsr əvvəl baş verən hadisələri və İspan qripi epidemiyasını misal gətirirlər. O dövrün həkimləri tibbi terminologiyada "letargik ensefalit" olaraq qəbul edilən ağır letarji, sinir xəstəlikləri, baş ağrısı və şüur qarışıqlığı əlamətlərindən narahat idilər.

Bir milyondan çox sakin sindromdan əziyyət çəkib, minlərlə insanın nevroloji zədəni bərpa edilə bilməyib, bir çoxu komaya düşüb.

Daha sonra, letargik ensefalitin İspan qripinin nəticələrindən başqa bir şey olmadığı fikri ortaya çıxırdı. Beyinə nüfuz edən virus dağıdıcı əlamətlərə yol açırdı.

Əqli zəiflik epidemiyası 

Müasir elm adamları, COVID-19-un səbəb olduğu beyin problemlərinin genişmiqyaslı bir fəlakət xarakteri ola biləcəyinə inanırlar.

"The Lancet" nəşri isə mütəxəssislərin əqli zəiflik epidemiyası riski ilə bağlı xəbərdarlıq etdiyi elm adamlarının bir hesabatını dərc edib.

Boulderdəki Kolorado Universitetinin tədqiqatçıları uzun müddətli COVID-19-un beyin tau-protein səviyyələrində artımla nəticələnə biləcəyinə inanırlar.

London Universitet Kollecinin Bilişsel Nörobilim İnstitutunun əməkdaşları, bu vəziyyətdə yalnız yaşlı insanların risk altında olmadıqlarına açıqdırlar.

London Universitet kollecinin blişşel nevrologiya (beynin fəaliyyəti ilə sinir sisteminin digər aspektləri arasında idrak prosesləri və davranışları ilə əlaqəni öyrənən elm)institutunun əməkdaşları, bu vəziyyətdə yalnız yaşlı insanların risk altında olmadıqlarını açıq şəkildə söyləyirlər.

Fəlakətin miqyası elədir ki, iyirmi il ərzində tibb elmi məlum olmayan ruhi problemlərdən şikayət edəcək xəstələrlə üzləşə bilər.

Bu gün COVID-19 diaqnozu qoyulan 40 yaşlı xəstələr risk qrupuna daxildir.

Mütəxəssislər, İspan qripi epidemiyasında olduğu kimi SARS-CoV-2-nin qoxu sinirinə, sonra onurğalıların ön beyninin qoxu hissindən məsul sinir quruluşuna nüfuz edə biləcəyindən ciddi narahatdırlar.
 
lent.az/
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kovid keçirən gənclərdə beyin dumanlanması olur

Konsentrasiyanın pozulması, diqqətsizlik, yorğunluq, baş ağrıları, danışarkən söz tapmaqda çətinlik... Koronavirusdan sonra bu və buna bənzər şikayətlərin səbəb...

Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - İnfeksionist

Qış aylarında və ya mövsümi keçidlərdə insanların ən böyük problemlərindən biri qripdir. Mövsümi qrip xüsusilə tənəffüs və qan dövranı sisteminə təsir edir və b...

Azərbaycanda peyvənd yaşı 3-ə endirilir? - VACİB AÇIQLAMA

Çinin bir neçə əyalətində 3-11 yaş aralığında uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanılacaq. Məlumata əsasən, uşaqlara ən azı üç həftə ara ilə Çi...

Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir? - RƏSMİ

Risk qrupunda olan 12 yaşdan yuxarı uşaqlara COVİD-19 əleyhinə vaksin vurdurulmasını tövsiyə edirik. Sfera.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyi...

Beyin şişini müalicə edəcək dərman HAZIRLANDI

Kanadalı alimlər ölümcül beyin şişi - glioblastomaya kömək edəcək dərman hazırlayıblar. Sfera.az  xəbər verir ki, dərman CAR T-hüceyrə terapiyasına ə...

İnfarkt olub-olmadığını göstərən analiz hansıdır - İlk 3 sutkada verilməlidir

Bir çox xəstəliklər kimi ürəyin infarktı və infark önü vəziyyətlərində qanda dəyişikliklər olur. Bəs infarktı qan analizi ilə təyin etmək mümkündürmü? Əlb...