Koronavirus bu halda bədəndə çox qala bilir - İnfeksionistdən AÇIQLAMA
14:08 / 26.10.2021
695
Mütəxəssislər
koronavirusun normal şərtlərdə bədəndə 2 həftə müddətinə qaldığını bildirirlər.
Buna görə də müalicə və karantin müddəti də 14 gün olur. Lakin bəzi
mütəxəssislər müəyyən səbəblərdən virusun orqanizmdə daha çox qala biləcəyini iddia
edir.
Maraqlıdır,
virus hansı şəxslərin bədənində daha uzun müddət yaşaya bilər?
Mövzu ilə
bağlı Sfera.az-a danışan həkim infeksionist Nicat Əzimli koronavirusun orqanizmdə
2 həftədən çox qala bilməsinin və xəstəliyin uzun müddət davam edə biləcəyinin
doğruluğunu təsdiqləyib.
Mütəxəssis
buna səbəb olan amildən danışıb:
"Limfositlərin
xüsusilə T limfositlərinin azalması koronavirus xəstəliyində görülən əsas dəyişikliklərdəndir.
Hansı ki, bu HIV infeksiyasında da rast gələn durumdur. Nəzərə almaq lazımdır
ki, bu hüceyrələr xəstəliklə mübarizə aparan əsas müdafiə sistemlərindən
biridir.
Əzizə
Zeynal