Koronavirus bizi bu 3 səbəbə görə öldürür – Həkim “bunları etməyin” dedi

Koronavirus bizi bu 3 səbəbə görə öldürür – Həkim “bunları etməyin” dedi

 

Son günlər koronavirusdan ölüm hallarının həm çoxaldığının, həm də gəncləşdiyinin şahidiyik. Pandemiyanın ilk aylarında "xəstəlikdən yalnız qocalar ölür" fikri indi ortayaşlı insanların ölümü ilə təkzibini tapıb.


Maraqlıdır, koronavirusa yoluxanlar arasında ölüm hallarının çoxalması nə ilə bağlıdır? Hansı yanlışa yol veririk?


Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev ölüm hallarının üç səbəbdən irəli gəldiyini bildirib:


"Koronavirusdan ölüm hallarının gəncləşməsi bir neçə səbəblə bağlıdır. İlkin səbəblərdən biri kimi ölən şəxsdə yanaşı xəstəliyin olmasıdır. Bundan başqa ölümə səbəb virus yükünün çoxluğudur. Yəni, virus bədənə nə qədər çox düşürsə xəstəlik də bir o qədər ağırlaşır.

 

Ölümə səbəb olan ikinci səbəb insanların yanlış müalicə almasıdır. Bəzi xəstələr özləri özlərini daha da ağırlaşdırır. Məsələn, xəstəliyi yüngül keçirən bəzi şəxslər ağır antibiotiklər, sistemlər istifadə edir və bu da qara ciyərə, böyrəyə pis təsir edir.

 

Üçüncüsü isə virus yükünün az olması üçün mütləq şəkildə maskadan istifadə etmək lazımdır. Virus yükü nə qədər az olsa, xəstəlik bir o qədər yüngül keçəcək. Eyni zamanda panika, stress də immun sistemini zəiflədir və xəstəlik daha da ağırlaşır. Buna görə insanları panikaya düşməməyə çağırıram".

 

 

Sfera.az

Əzizə Zeynal

 

OXŞAR XƏBƏRLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...