Koronavirus avtomobil bazarına necə “yoluxdu”? – Alıcı yoxdur, qiymətlər isə...

Koronavirus avtomobil bazarına necə “yoluxdu”? – Alıcı yoxdur, qiymətlər isə...

Koronavirus pandemiyasından sonra Azərbaycanın avtomobil bazarında yaranan duğrunluq hələ də davam edir. Bazar alıcı sarıdan əziyyət çəksə də qiymətlərdə ciddi enmə yoxdur. Rəsmi məlumata əsasən, may ayının sonunda minik avtomobillərinin orta satış qiyməti 34 min 843 manat təşkil edib. Bu qiymət ilin əvvəlində də belə idi. 2019-cu ilin mayıında isə minik avtomobillərinin orta qiyməti 35,1 min manat, 2018-ci ilin mayında 34,4 min manat, 2017-ci ilin mayında 32,1 min manat olmuşdu.


Sfera.az bildirir ki, bazar iştirakçıları avtomobil bazarında müşahidə edilən durğunluğun pandemiya bitməyənə qədər davam edəcəyini düşünür. Durğunluğun müşahidə olunmasına baxmayaraq avtomobil bazarında qiymətlərin sabit olması isə iri həcmli avtomobillərin satışı ilə əlaqələndirilir. İkinci əl avtomobillərin ucuzlaşması fonunda yeni, irihəcmli mühərrikə sahib olan avtomobillərin bahalaşması prosesi gedir. Bunun səbəbi irihəcmli, bahalı avtomobillərin idxalının bahalaşması ilə bağlıdır. Buna görə də həmin avtomobillərin dəyərində müəyyən qədər artım var.

 

Bazarda ticarətlə məşğul olanlar qeyd edir ki, Azərbaycan hökuməti irihəcmli mühərriklə təmin edilən, dəyəri yüksək olan avtomobillərin idxalına tətbiq edilən vergi və rüsumları artırmaq istəyir. Bununla bağlı hazırlıq işləri görülür, artıq layihə də hazırdır. Həmin layihə qəbul ediləndən sonra bahalı avtomobillərin dəyəri bir qədər də yüksələcək. Bu gözlənti səbəbindən indi bahalı avtomobillərə tələb bir qədər artıb ki, bu da onların qiymətini yüksəldir.

Əvəzində nisbətən aşağı qiymətə olan avtomobillərin satış dəyərində ucuzlaşma var. Hər iki amil ümumən qiymətlərin enməsini çətinləşdirir. Hazırda təklif qiymətində ciddi dəyişiklik yoxdur. Amma kim avtomobilini satmaq istəyirsə qiyməti bir qədər endirməlidir.


Bununla belə qeyd edək ki, devalvasiya ehtimalının aradan qalxması və neftin bahalaşması, eyni zamanda əlavə vergi və rüsumlar avtomobillərin dəyərinin yenidən yüksəlməsi ehtimalını artırır. Devalvasiya təhlükəsi ilə əlaqədar əhali dollarla yığımları artırdığından avtomobil üçün nəzərdə tutulan pullar da yığıma yönəldildi. İndi vəziyyət dəyişib, dollara tələb aşağı düşüb. Ona görə də avtomobilə tələb bir qədər artıb. Mövcud şərtlərlə, yəni insanların iş imkanları artdıqca, avtomobilə tələb artacaq. Neftin bahalaşması dünyada avtomobillərin də yenidən bahalaşmasına səbəb olacaq. Buna görə də yay mövsümündə avtomobil bazarında müəyyən qədər qiymət artımlarını müşahidə edəcəyik.


Bazar iştirakçıları güman edir ki, avtomobil bazarı üçün çətin dövr geridə qalıb, tədricən aktivlik olacaq. Amma bazardakı qiymətlərin tələbdəki artımdan və dövlətin vergi siyasətindən asılı olacağı unudulmamalıdır. Eyni zamanda karantinin müddəti də çox böyük önəm daşıyır.

 

Əgər bahalı avtomobillərə tətbiq edilən vergi və rüsum artırılarsa, alıcılar digər avtomobillərə meyl edəcək. Nəticədə bazarda qiymətlər yüksələcək. Bazarda qiymətlərə təsir edəcək başqa bir amil istehlak kreditləri ilə bağlıdır. Karantin dövründə istehlak kreditlərinin verilməsi xeyli azaldılmışdı. Bu tədbirlər yumşaldılarsa, avtomobillərə tələb yüksələcək. Çünki bəzi adamlar başqa ad altında istehlak krediti götürüb avtomobil alırdı. Hazırda həmin imkanlar da məhdudlaşıb.

 

Eyni zamanda xaricə getmək mümkün deyil. Buna görə də ikinciəl avtomobillərin idxalı azalıb. Bu da bazarda qiymətlərin daha çox düşməsinin qarşısını alır. Əgər kreditləşmə bərpa edilərsə və məhdudiyyətlər aradan qaldırılarsa, yeni qiymətlər formalaşacaq. Xarici bazarlarda olan vəziyyət, qiymətlər də daxili bazara təsir göstərir. Xaricdə qiymətlər hələlik aşağıdır və bu hal daxili bazarlara sirayət edə bilər.

Bazar iştirakçıları hesab edir ki, yeni qiymətlərin formalaşması üçün tələb və təklifdəki dəyişikliklərin sabitləşməsi lazım gələcək. Avtomobil idxalındakı artım davam edərsə, daxildə qiymət artımları baş verməyəcək, əksinə bir qədər də düşəcək. Amma əks halda daxildə olan avtomobillərin qiyməti yüksələcək.

Hələlik, bazarda belə bir gözlənti var ki, tələbdə zəifləmə olmayacaq, qiymətlər daha bir neçə ay sabit qalacaq, sonra yüksələcək.

 

 

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...