Koronavirus artıq 1 dəqiqədə yoluxdurur - Qorunmaq üçün bunları edin!

Koronavirus artıq 1 dəqiqədə yoluxdurur - Qorunmaq üçün bunları edin!
Son günlər koronavirus statistikasında artım müşahidə edilir.
Sfera.az xəbər verir ki, türkiyəli mütəxəssis Mustafa Necmi İlhan bununla bağlı məsləhətlər verib:

"Yoluxmaların artdığı zamanda sosial məsafəyə diqqət etmək lazımdır. Özəlliklə insanların çox olduğu ortamlarda yan-yana gəlməkdən qaçmalıyıq. Qapalı məkanlarda təmiz hava girişinə icazə verilməlidir. Ağız və burun doğru qapadılsa, tək maska yetərlidir. Amma ictimai yerlərdə, cüt maska taxmaq, oradan ayrıldıqdan sonra da üstdəki maskanı çıxarıb atmaq lazımdır. Mutant virus daha tez yoluxuculuq qabiliyyətinə malikdir. Bu səbəblə qapalı məkanlarda bir arada olunan zaman azaldılmalıdır. Eyni zamanda, insanlar vaksinasiya olunmalıdır".

Aura - sadəcə kağ
Professor Sema Kultufan Turan isə bildirib ki, mutant virus yoluxanların sayını artırır: "Bu say təəssüf ki, qapalı məkanlarda çox vaxt keçirməklə bağlıdır. Burada maska taxmaq və maskadan düzgün istifadə etmək çox önəmlidir. İzolyasiyaya alınan insanlar evdən çıxmamalıdır. Əks təqdirdə, pandemiyanın qarşısını almaq mümkün olmayacaq".

Türk Reanimasiya Dərnəyinin Başçısı professor İsmail Ciner əlavə edib ki, mutant virusuna görə, reanimasiyada yatanların sayı artır: "Mutasiyalı virus daha çox orqanlara ziyan vurur. Xəstəxanalara 50-65 yaş arasında olan daha çox xəstə gəlir. İndi virus daha sürətlənib. Bu səbəblə də "Bir dəqiqədə yoluxdurur", - deyə bilərəm. Ramazan ayında gərəkli tədbirlər alınacaq. Amma o zamana qədər 10 günlük müddət var. Bu müddətdə yoluxanların sayı artarsa, xaotik bir ortam yaranacaq". /medicina.az

OXŞAR XƏBƏRLƏR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...