Koreyalı idmançını təhqir edən yunan şərhçi işdən çıxarıldı

Koreyalı idmançını təhqir edən yunan şərhçi işdən çıxarıldı
"Tokio-2020-də çıxış edən cənubi koreyalıları təhqir edən Yunanıstanın ERT dövlət televiziya kanalının idman şərhçisi Dimostenis Karmoiris işdən qovulub.

Sfera.az xəbər verir ki, o, Cənubi Koreyadan olan tennisçi Çjon Yanqsikin üçüncü turda yunanıstanlı rəqibi Panagiotis Gkionis ilə qarşılaşmasını şərh edərkən koreyalıların masaüstü tennis oynaya bilmədiklərini deyib.

"Koreyalılar masaüstü tennis oynaya bilməzlər. Gözləri çəp olduğu üçün onlar topun gəlib-getdiyini necə görərlər?”, - o bildirib və şərhçi həmkarı da buna gülüb.

Nəticədə oyun başa çatandan sonra ERT rəhbərliyi Dimostenis Karmoiris və digər şərhçi rolunda çıxış edən qonaqla əməkdaşlığı dayandırdıqlarını açıqlayıb.

Qeyd edək ki, qarşılaşmada cənubi koreyalı idmançı 4:3 hesabı ilə qalib gəlib.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...