Könüllülük fəaliyyətinin insanların həyatında əvəzsiz rolu

Könüllülük fəaliyyətinin insanların həyatında əvəzsiz rolu
 

Məlum olduğu kimi könüllülük fəaliyyəti bir çox sahələrdə geniş yayılmışdır. Könüllü olmaq, cəmiyyətimizin həssas təbəqəsindən olan insanlara kömək etmək yolunda atılan bir addımdır ki, bu da insanpərvərliyin bir göstəricisidir.

Cəmiyyətin tərəqqisi, gənclərimizin dünyagörüşünün artırılması, onların potensialını nəzərə alaraq respublikamızın müxtəlif sahələrində fəaliyyət göstərməsi və təkmilləşməsi üçün cənab prezident İlham Əliyev 2020-ci ili "Könüllülər ili” elan etmişdir. Gənclər də gərək bu könüllülük fəaliyyətinin əslində bir dəyər olduğunu və bu dəyəri saxlamanın vacibliyini dərk etsinlər.

Könüllüllük gənclərə öz potensialını, bacarıq və qabiliyyətlərini üzə çıxartmaq və onun daha da təkmilləşməsi yolunda bir istiqamətdir. Mən də könüllülük fəaliyyəti ilə məşğul olan bir gənc olaraq düşünürəm ki, gənclər müxtəlif iqtisadi, siyasi, sosial sahələrdə könüllü olaraq daha çox inkişaf edə bilərlər və onların inkişaf etməsi respublikamızın inkişaf etməsi deməkdir.

Könüllülük gənclərdə təcrübə formalaşdırır, onların özgüvənini artıraraq daha da irəliləməsinə şərait yaradır. Azərbaycan gəncləri hər zaman bacarıqlıdır,fəaldır. Onlar daim öz fəallığı ilə seçilmiş, xalqımız, respublikamız üçün faydalı işlər görməyə çalışmışlar. Könüllülük əvəzi ödənilməyən bir fəaliyyət növüdür ki, gənclər müxtəlif qurumlara, beynəlxalq, ictimai təşkilatlara qoşularaq öz potensiallarını daha da artıra bilərlər. Gənclər bu fəaliyyətə daha çox yönəldikcə müxtəlif qurumlarda, sahələrdə işin gedişatını da öyrənmiş olurlar və bu da gələcəkdə onlara uğurlu karyera qurmaqda yardımçı olur.

Hal-hazırda hökm sürən koronavirus pandemiyası ilə əlaqədar olaraq yaşlı təbəqədən olan insanlara daha həssas yanaşılmışdır. Könüllülərimiz təmənnasız olaraq öz istəyi ilə onlara lazımi ərzaq, dərman maddələrinin alınmasında, onların lazımi ünvana çatdırılmasında, təmizlik işlərinin aparılmasında yaxından iştirak etmişlər. Onlar keçirilən müxtəlif tədbir və konfranslarda respublikamızı layiqincə təmsil edirlər.

Son bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Və bununla bərabər aparılan kadr islahatları dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Ölkədə aparılan kadr islahatlarını davam etdirmək məqsədilə son günlər cənab prezidentin imzaladığı sərəncamlar da ictimaiyyət tərəfindən böyük razılıq və məmnunluqla qarşılanmışdır. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır.

Məmmədova Ləman
Nəsimi RİH könüllüsü

 



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...