“Könüllülər ili” çərçivəsində bir çox kütləvi layihələr onlayn platformalar üzərindən keçirilə bilər

“Könüllülər ili” çərçivəsində bir çox kütləvi layihələr onlayn platformalar üzərindən keçirilə bilər
 "Könüllülər ili” çərçivəsində bir çox kütləvi layihələrin onlayn platformalar üzərində keçirilməsinin mümkünlüyü araşdırılmalıdır.

Bunu trend-ə Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq günbəgün artır:

"Bu gün bütün ölkələr sosial, iqtisadi böhranlara səbəb olan COVID-19 pandemiyası ilə üzləşib. Bu da öz növbəsində insanlar üçün müəyyən çətinliklər yaradaraq onların gündəlik həyat tərzinə mənfi təsir göstərib".

Birliyin prezidenti hesab edir ki, hər bir dövlət, təşkilat və vətəndaş koronavirusa qarşı mübarizədə birləşərək öz qüvvələrini səfərbər etməlidirlər.

Bunu vacib bir məsələ sayan İ.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin həm dövlət başçısı, həm də bir vətəndaş kimi bu mübarizənin önündə dayanması digər ölkə rəhbərlərinə nümunədir:

"Ümumiyyətlə, dövlətimizin bu istiqamətdə gördüyü qabalayıcı tədbirləri xüsusilə qeyd etmək lazımdır. Ölkə başçısının çağırışına cavab olaraq, koronavirusun ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, həmçinin sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib".

İ.Quliyev əlavə edib ki, könüllülərin ölkəmizdə koronovirusun yayılmasının qarşısının alınması ilə bağlı elan olunmuş xüsusi karantin dövründəki fəaliyyəti xüsusi təqdirəlayiqdir.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlərin qanla təmin edilməsi məqsədi ilə dəstək çağırışına bir çox insanların, təşkilatların könüllü qoşulması könüllük fəaliyyətinin daim aktual olduğunu göstərir:

"Pandemiya ilə mübarizədə könüllülərin önə keçməsi indiyədək bu fəaliyyətə o qədər də ciddi yanaşmayan gənclər üçün də bir stimul yaradıb. Könüllülər bir çox sahələrdə öz fəaliyyətlərinin nə qədər əhəmiyyətli olduğunu sübut etdilər. Bu, könüllülük hərəkatının daha da böyüməsinə, vüsət almasına səbəb oldu. Düşünürəm ki, könüllülərin hazırkı fəaliyyəti epidemiya bitdikdən sonra da daim davam etdirilməlidir. Əldə edilmiş təcrübələrdən istifadə edərək Azərbaycan Könüllülər İctimai Birliyi olaraq gələcəkdə keçirəcəyimiz layihələrin mütləq əksəriyyətini bu istiqamətdə təklif etməyi və keçirməyi planlayırıq".

Birliyin prezidentinin fikrincə, Azərbaycan pandemiya ilə mübarizədə olduğu kimi, bu mübarizədə könüllülərin iştirakı ilə bağlı da özünün qabaqcıl təcrübəsini dünya ilə bölüşə bilər:

"İndi əsas məsələ postpandemiya dövründə də könüllülərin aktiv iştirakını təmin etməkdir. Çünki könüllülük bir ilə, yaxud hansısa hadisəyə sığan hərəkat deyil, könüllülük daimi olaraq yardımlaşma deməkdir".

OXŞAR XƏBƏRLƏR

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...