Könüllü fəaliyyət- cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı kimi

Könüllü fəaliyyət- cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı kimi
 Bu gün müasir könüllülük anlayışı Qərb sosiologiyasında "volunteerism” şəklində ifadə edilən və  könüllü insanlar tərəfindən qarşılıq gözləmədən ictimai əhəmiyyətli hədəflərə çatmaq , cəmiyyətin problemlərini həll etmək məqsədilə həyata keçirilən fəaliyyət nəzərdə tutulur. Könüllülük xidmətinin yarandığı dövr haqqında məlumatımız olmasa da XVIII əsrdə və XIX əsrin birinci yarısında Avstriya-Macarıstan, Fransa və İtaliya kimi bir sıra ölkələrdə bu xidmətdən bəzi sahələrdə  istifadə edilmişdir. XX əsrdən başlayaraq isə dünyanın nüfuzlu təşkilatları  könüllülük praqramına dair bir sıra tədbirlər həyata keçirmişdir. BMT-in  2001-ci il isə dünyada "Könüllülər ili” elan edilməsi bu tədbirlər siyahısına aid edilmişdir.
     
  Ümumilikdə isə  beynəlxalq təcrübədə "Könüllülər ili” könüllülük hərəkatının təbliğ olunması və müxtəlif sahələrdə dövlətin prioritet  siyasətinin həyata keçirilməsində mühüm vasitə olaraq uğurlu bir model kimi özünü tanıdır.
    Həmçinin də  Azərbaycan Respublikasında könüllülər hərəkatı gənclər siyasətinin prioritet istiqamətlərindən biridir.  2009-cu ildə qəbul edilmiş  "Könüllü fəaliyyət haqqında” qanun və normativ-hüquqi əsaslar buna əyani sübutdur. 2019-cu ildə 3 minə yaxın gəncin iştirakı ilə Könüllülərin II Həmrəylik Forumu keçirilmiş və bu  proses  könüllülər hərəkatının yeni vüsət almasında, könüllülər təşkilatlarının cəmiyyətin həyatında daha fəal iştirakında təkan olmuşdur. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda " ASAN könüllüləri”, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllüləri, "Könüllü DOST”, "Aqrar İnkişaf könüllüləri” kimi bir sıra könüllülük hərəkatları yaradılmışdır. Bundan başqa,həmçinin  bir sıra dövlət orqanlarında könüllülük fəaliyyəti ilə bağlı proqramlar hazırlanmışdır. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər İli” elan edilməsi barədə Sərəncamı üçüncü minillikdə gənclərin müxtəlif sahələrdə öz potensialını göstərməsinə, sosial məsuliyyət və ictimai nəzarətlə bağlı dövlət siyasətinin həyata keçirilməsinə meydan açan mühüm əlamətdar hadisədir.
 
Adilov Adil Kamil oğlu
Nəsimi RİH könüllüsü


OXŞAR XƏBƏRLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...