No Image
No Image

Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”

Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin hər birinin müraciəti tərəfimizdən qeydə alınır və müvafiq qurumlara yönləndirilir”
Milli Məclisin deputatı K.Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlardan Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkələr üzərindən daxil olmuş müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, sözügedən vətəndaş qəbuluna şəhid ailələri və qazilər tərəfindən xeyli müraciət daxil olub.

Qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında pandemiya dönəmində məşğulluq, maddi yardımın edilməsi, torpaq-əmlak məsələləri, bina infrastrukturların bərpası, müvafiq qurumlardan şikayətlər və səhiyyə sistemində baş verən müəyyən problemlərin aradan qaldırılması ilə bağlı müraciətlər yer alıb. Şəhid ailələrini və qaziləri narahat edən ən mühüm məsələ isə məşğulluq problemi olaraq qiymətləndirilib. "Əlillik dərəcəsi əldə edə bilməyən qazilərimizin mövcud problemlərinin aradan qaldırılması ilə bağlı müraciətləri də aktuallığı qoruyub saxlamaqdadır” deyə deputat K.Nurullayeva rəsmi sosial şəbəkə hesabında qeyd edib.

Vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata alınıb. Deputat K. Nurullayeva vətəndaş müraciətlərini tezliklə aidiyyatı üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd etdi - FOTOLAR

11 aprel 2018-ci il tarixində Azərbaycanda ilk dəfə növbədənkənar Prezident seçkiləri baş tutub. Bu növbədənkənar seçkilərdə Heydər Əliyev siyasi kursunun layiq...

Ağstafada şəhidin son arzusu yerinə yetirilib – FOTO

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Rüfət Məmmədlinin son arzusu yerinə yetirilib. Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, şəhidin...

Bakıda restoranda toy edən 40 nəfər cərimələndi - FOTO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Balaxanı qəsəbəsində yerləşən "Zəfər Qalası” restoranında sanitar-gigiyena və karant...

Çayxanada şənlik təşkil edənlər cərimələndi - FOTOLAR

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil ...

"Göl" restoranı bağlandı - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, i...

Könül Nurullayeva sakinlərin problemləri ilə maraqlandı - FOTOLAR

Millət vəkili Könül Nurullayeva səyyar görüş zamanı 15 saylı avtobus xəttinin fəaliyyəti ilə bağlı sakinlərin müraciətləri ilə maraqlanıb. Sfera.az bildir...