No Image
No Image

Könül Nurullayeva seçicilərinin qayğı və problemləri ilə maraqlandı - FOTO

Könül Nurullayeva seçicilərinin qayğı və problemləri ilə maraqlandı - FOTO
Millət vəkili Könül Nurullayevanın Nizami rayon seçiciləri ilə səyyar görüşləri mütəmadi olaraq davam edir.
 
Sfera.az bildirir ki, iyulun 21-də Milli Məclisin deputatı Könül Nurullayeva Nizami Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirov ilə birlikdə Naxçivanski küçəsi 55, 59, 61, 63 və 67 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik çətinliklər ilə maraqlanıb.

Sakinləri narahat edən problemlərin aidiyyatı üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.

K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, qaldırılan məsələlər əsasən məhəllələrə oturacaqların qoyulması, yaşayış binalarının zirzəmi qatının kanalizasiya sularından təmizlənməsi məqsədiylə əsaslı təmiri, binaların yararsız vəziyyətə düşmüş dam örtüyünün yenilənməsi, bina ətrafındakı qanunsuz dayanacaqların yığışdırılması və binaların zirzəmi qatına girişi təmin etmək məqsədilə dəmir qapıların qoyulması ilə bağlı olub.

Səyyar görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Toyuna 1 həftə qalmış avtomobil qəzasında həlak olan gəncin FOTOLARI

Bu gün Lənkəranda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisind...

Prezident Goranboyda avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında işt...

Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

İyulun 22-də Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Preziden...

Türkiyəyə göndərilən daha 6 qazimiz sağalaraq Vətənə geri döndü - FOTO

"YAŞAT” Fondundan Sfera.az-a verilən məlumata görə ağır yaralanan və müalicə üçün "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri ...

Könül Nurullayeva seçicilərinin qayğı və problemləri ilə maraqlandı - FOTO

Millət vəkili Könül Nurullayevanın Nizami rayon seçiciləri ilə səyyar görüşləri mütəmadi olaraq davam edir.   Sfera.az bildirir ki, iyulun 21-də Milli Mə...

Qurban bayramından sonra yaranan ürəkbulandıran mənzərə - FOTO

Bir neçə gündür davam edən Qurban bayramı geridə qaldı. Bayramdan sonra yaranan fəsadlar isə təəssüf doğurur. Sfera.az bildirir ki, bəzi yaşayış məntəqələ...