Könül Nurullayeva Parlamentlərarası Birliyin müzakirələrində ölkəmizi təmsil etdi

Könül Nurullayeva Parlamentlərarası Birliyin müzakirələrində ölkəmizi təmsil etdi
Millət vəkili Könül Nurullayeva Parlamentlərarası Birliyin deputatların gender bərabərliyinin təşviq edilməsində rolu və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın praktik cəhətdən tətbiq olunmasına dair onlayn müzakirələrdə iştirak edib.

Sfera.az xəbər verir ki, Milli Məclisin deputatı sessiyadakı çıxışı zamanı ölkəmizin bu sahədə təcrübəsi, Azərbaycanda bu mövzuda keçirilən tədbirlər, eləcə də bu mövzuda qarşılaşdığımız bəzi çətinliklər haqqında fikirlərini bölüşüb. Sonda isə Könül Nurullayeva qadınların həyatın müxtəlif sahələrində qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmək üçün parlament üzvlərinin ata biləcəyi addımlar barədə öz plan və təkliflərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Qeyd edək ki, ötən həftə 2 gün davam edən tədbirdə müzakirə olunan əsas məsələlər arasında cəmiyyətdə gender bərabərliyinin təmin olunması və qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasında parlament üzvlərinin aktiv iştirakının təşviqi ilə bağlı mövzular başlıca yer tutub.

OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...