Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüş keçirib - FOTO

Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüş keçirib - FOTO
 Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüşləri davam etdirir. Uzun müddətdir ki, ölkədə karantin rejimi səbəbindən insanlarla canlı təmas qurmaq imkanı olmadığından görüşlər onlayn formada keçirilirdi. Lakin sakinlərin canlı ünsiyyətə ehtiyacını nəzərə alaraq, karantin qaydaları çərçivəsində ənənəvi görüşlərin təşkilinə başlanılıb.

Belə ki, Nizami rayonu Q.Qarayev 54, 58, 69, 77, 79, 83, Rüstəmov 43, 47, 62, 66, 68, 70, 76, E.Süleymanov 133, 135, Şərifli 102, 104a, 104b, Nəsimi 16-20 ünvanlarında sakinlərlə görüş təşkil olunub. Bu görüşlər nəticəsində insanların problemləri ilə yaxından tanış olmaq imkanı yaranıb. Görüş zamanı aydın olub ki, adıçəkilən ünvanlarda əsasən məhəllələrin abadlaşdırılması, işıqlandırılması, su sayğaclarının quraşdırılması, məşğulluq məsələləri, blokların təmiri, liftlərin yenilənməsi və ya təmiri, quru ağacların budanması və s. həllini gözləyən məsələlər sırasındadır. Sakinlərin qaldırdığı bütün məsələlərin qısa zamanda həll olunması məqsədilə artıq aidiyyəti qurumlara  müraciətlər də təqdim olunub.

Görüş zamanı millət vəkili Könül Nurullayeva bildirib ki, sakinlərlə görüş, xüsusilə də canlı ünsiyyət olduqca vacibdir. "Sizin fikirləriniz və ümumiyyətlə, ictimai fikir bizim üçün çox əhəmiyyətlidir. Sizin hər zaman yanınızda olmağı və sizə dəstək olmağı özümə borc bilirəm”, - K.Nurullayeva qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...