Könül Nurullayeva: “Ermənistanda post-konflikt dövrü müharibə dövrü qədər ağırdır”
10:36 / 25.01.2021
931
Ermənistan hələ də 44 günlük Vətən müharibəsinin ağır nəticələri ilə mübarizə aparmağa çalışır, lakin nəticə yoxdur və olmayacaq. Faktiki post-müharibə sindromunun dərinləşməsi, ölkədə sosial və iqtisadi tənəzzül, əhalinin sosial vəziyyətinin daha da ağırlaşmasına səbəb olub. Siyasi mübarizənin kəskinləşməsi, Paşinyan hakimiyyətinin daxildə ciddi təzyiqlərə məruz qalmasının fonunda cinayətkar Köçəryan-Sarkisyan klanının hakimiyyəti ələ keçirmək üçün revanşist əməlləri və planları müşahidə olunmaqdadır. Döyüş meydanında ağır məğlubiyyətdən sonra istefaya göndərilən məmurların yerinə təyin olunanlar isə faktiki yerində deyil. Xüsusilə yeni müdafiə nazirinin cəmiyyət arasına çıxıb öz planlarını hələ də açıqlamaması böyük narazılıq yaradıb. Müharibədə ölən erməni hərbçilərin sayının gizlədilməsi də narazılığı artırır. Erməni mətbuatının 2020-ci il dekabrın 30-da Ermənistan Müdafiə Nazirliyinə ölmüş, itkin düşmüş, yaralanmış və əsir götürülmüş erməni hərbi qulluqçuların sayı ilə bağlı yazılı sorğusuna müsbət cavab almaması və məlumatın dərc olunmasını "məqsədəuyğun” bilməməsi əsəbləri tarıma çəkib.