Könül Nurullayeva: “Ermənistan hərbi bölmələrinin dinc əhalini hədəfə alması ciddi şəkildə qınanmalıdır”

Könül Nurullayeva: “Ermənistan hərbi bölmələrinin dinc əhalini hədəfə alması ciddi şəkildə qınanmalıdır”
 "Ermənistan silahlı birləşmələrinin sərhəd kəndlərini atəşə tutması, mülki əhalini hədəfə alması işğalçının terrorçu mahiyyətini bir daha təsdiqləyir. Təəssüf ki, Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kənd sakini həlak olub. Eyni zamanda Dondar Quşçu və Ağdam kəndlərində insanların yaşayış evləri məqsədli şəkildə gülləbaran edilir. Burada düşmənin əsas məqsədlərindən biri insanlarda vətənpərvərlik əhval-ruhiyyəsini boğmaq, insanların yaşadıqları əraziləri tərk etməsinə nail olmaqdır. Lakin düşmənin təxribatçı cəhdləri hər zaman olduğu kimi, bu dəfə də nəticəsiz qalmaqdadır".

Sfera.az xəbər verir ki, bunu deputat Könül Nurullayeva deyib.

O bildirib ki, insanlar nəinki yaşayış yerlərini tərk etmir, əksinə hərbçilərimizə dəstək göstərməyə hazırdırlar:

"Əslində mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni vandalizminin ən aşkar və bariz nümunəsidir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına rəğmən düşmən danışıqların da formatını kobud şəkildə pozur. Mülki insanları qətlə yetirir, hətta vaxtaşırı təmas xəttində müşahidələr aparan ATƏT-in monitorinq qrupunu belə atəşə tutmaqdan çəkinmir. Yəni, Ermənistan özünü daha çox terrorçu təşkilat kimi aparır.

Bundan əvvəl də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Nəticədə mülki vətəndaşlarımız həlak olub, onların arasında hətta azyaşlı uşaqlar da var. Mütəmadi olaraq, Ermənistanın bu vandal aktları nəticəsində əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan dəyib. Bu məsələyə beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən sərt reaksiya verilməlidir. Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə alması ciddi şəkildə qınanmalıdır", - deputat əlavə edib.
 


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...