Könül Nurullayeva: “Beynəlxalq təşkilatlar Ermənistanın sərhəd təxribatları ilə bağlı sərt mövqe sərgiləməlidir”

Könül Nurullayeva: “Beynəlxalq təşkilatlar Ermənistanın sərhəd təxribatları ilə bağlı sərt mövqe sərgiləməlidir”
Milli Məclisin deputatı Könül Nurullayeva Azərbaycan-Ermənistan sərhəddində baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Sfera.az xəbər verir ki, K. Nurullayeva təxribatlara görə Ermənistan tərəfinə təzyiq göstərilməsinin vacibliyinə diqqət çəkib:

"Biz beynəlxalq ictimaiyyətdən sərhəd təxribatları törətdiyi üçün Ermənistana təzyiq göstərməyi gözləyirik. Beynəlxalq təşkilatlar sərhəddə yaranmış gərginlikdən narahatlıq ifadə etməklə kifayətlənməməlidirlər.  ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında tərəflərin vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırılması bizi qane edə bilməz. Vasitəçilər təxribatçını, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən tərəfi adı ilə çağırmır. Burada çağırış hər iki tərəfə ünvanlanıb. Halbuki vasitəçilər həqiqətən də sülhyaratma missiyasını yerinə yetirmək istəyirlərsə, ümumi yox, ünvanlı bəyanat verməlidirlər.
Aydındır ki, Ermənistan sərhəd təxribatları törətməklə regionda gərginlik yaratmaq, artıq həll olunmuş münaqişə ətrafında manipulyasiyalar etməyə çalışır. Amma Ermənistanın bu səyləri nəticə verməyəcək. Azərbaycan beynəlxalq sərhədlərini qoruyur. Sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həyata keçirilir. Amma münaqişənin həllindən 8 aydan da çox vaxt keçməsinə baxmayaraq, Ermənistan mövcud reallıqlarla barışmaq istəmir. 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Yəni, eynilə münaqişə dövründə sülh danışıqlarında müzakirə olunan baza prinsiplərini təhrif etdiyi kimi, bu sənədi təhrif etməyə, özünün absurd şərtlərini irəli sürməyə can atır. Amma bunun Ermənistana faydasından çox zərəri dəyəcək.  Kəlbəcər istiqamətində törətdiyi təxribatların cavabı gözlənildiyi kimi ağır oldu. Çünki Azərbaycan 28 ildən sonra öz ərazi bütövlüyünü təmin edib və sərhədlərinin təhlükəsizliyini qorumaq bütün ölkələr kimi Azərbaycanın da suveren hüququdur. Burada beynəlxalq hüququn prinsiplərini pozan Ermənistandır. Bu ölkə məsuliyyətsiz davranışlara son qoymalı, üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Dezinformasiyalar yayaraq, günahı Azərbaycan tərəfinin üzərinə atmaq isə nəticə verməyəcək. Çünki Azərbaycan sərhəd gərginliyində maraqlı olmadığı aydındır. Bölgədə sülhü təmin edən Azərbaycan bunun dayanıqlı olmasında maraqlıdır. Bu səbəbdən rəsmi Bakı Ermənistan da daxil olmaqla bütün region dövlətlərinə əməkdaşlıq təklif edir".

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...