Sİyasət

Könül Nurullayeva: Azərbaycan könüllüləri virusla mübarizədə səfərbərdir

Könül Nurullayeva: Azərbaycan könüllüləri virusla mübarizədə səfərbərdir
 Dünyanı cənginə alan COVİD-19 pandemiyasının yaratdığı çətinliklər Azərbaycan könüllülərini də virusla mübarizə siyasəti ətrafında səfərbər edib.

Sfera.az xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə könüllü hərəkatı və təşkilatlarının koordinasiyalı şəkildə fəaliyyət göstərməsi əslində sosial sifarişdir:

"Sevindirici haldır ki, könüllülərimiz bu işdə də üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) həyata keçirdiyi aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər. Bu gün respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilir.

Cənab Prezidentin söylədiyi kimi, könüllülər hərəkatının cəmiyyətdə xüsusi əhəmiyyəti var. Bu, ilk növbədə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülük bir çox sosial-iqtisadi problemlərin həllində dövlətə kömək etmək üçün təmənnasız əmək olmaqla yanaşı, tükənməz dəyər mənbəyi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, insanlar arasında həmrəyliyin dərinləşməsi üçün təməldir. Eyni zamanda hər bir istedadlı insanın öz intellektual və yaradıcılıq potensialını reallaşdırması üçün bir şansdır. Bu baxımdan Azərbaycan gənclərini və könüllülərini şanslı hesab etmək olar. Çünki bu gün Azərbaycan könüllülərinin nəhəng bir hərəkat kimi təşkilatlanmasının başlıca səbəbi dövlətin həyata keçirdiyi stimullaşdırıcı tədbirlərdir".

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031