No Image
No Image

Konstitusiya Məhkəməsinin növbəti iclası keçirildi

Konstitusiya Məhkəməsinin növbəti iclası keçirildi
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Sfera.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Ü.Şükürovanın və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Novruzovun mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır.

İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bir həftəlik Ramazan tətili başa çatdı

Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başa çatıb. Sfera.az məlumatına görə, tətil günləri mayın 16-da yekunlaşıb. B...

Daha bir binadan qopan daş təhlükə yaratdı

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalıb. Sfera.az xəbər verir ki, bu bar...

Kübra Əliyeva yenidən əməliyyat olunacaq

Əməkdar artist Kübra Əliyeva ikinci dəfə bıçaq altına yatacaq. Sfera.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər verilişdə deyib. O bildirib ki, üzünə...

Bu gün şəhid olan əsgərlərimizin FOTOLARI

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu¬nun Gendərə kəndi yaxınlığındakı sərhəd zast...

Əməkdar artist XTQ giziri ilə nişanlandı - FOTO

Əməkdar artist Nigar Şabanova nişanlanıb. Sfera.az xəbər verir ki, bu barədə ifaçı şəxsi instaqram hesabında məlumat paylaşıb. Nigar Xüsusi Təyinatl...

Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edildi

Rusiyanın "Nordwind” aviaşirkəti bu ölkədən Azərbaycana birbaşa uçuşlara start verib. Sfera.az xəbər verir ki, ilk aviareys mayın 14-də Mineralnı Vodı – B...