Konstitusiya Məhkəməsi sədri və hakimlərinin maaşları artırıldı

Konstitusiya Məhkəməsi sədri və hakimlərinin maaşları artırıldı
Prezident İlham Əliyev "Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

"Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib: 

"Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir”. 

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 

OXŞAR XƏBƏRLƏR